TERF nədir?

Feminizm müxtəlif formalarda qarşımıza çıxır: sosialist feminizm, eko-feminizm, interseksional feminizm və kultural feminizm bunlardan sadəcə bir neçəsidir. Lakin feminizmin bəzi formaları daha böyük bərabərlik məqsədi üçün konstruktivdən daha çox zərərli ola bilər.

llustrasiya Müəllifi: Jenny Dodge

Xüsusilə zərər verən ideologiyalardan biri trans qadınların qadın olaraq identifikasiyasiyasının etibarlılığını rədd edən bir radikalizm şaxəsi olan TERF və ya Trans-Təcridedici (Trans-Exclusionary ) Radikal Feminizmdir. TERF akronimi son illərdə daha çox Trans-Təcridedici Feministlər üçün istifadə edilir. Trans-inkluziv cisgender radikal feminist, blogger Viv Smythe, 2008-ci ildə akronimin ikinci formasını populyarlaşdırdı.

TERF-lər 1973-cü il kimi erkən bir tarixdə də mövcud idi. Los-Ancelesdəki West Coast Lezbiyan Konfransı zamanı əsas məruzəçi, Robin Morgan adlı cisgender bir qadın həyatda qalaraq və "bu androsentrik cəmiyyətdə əziyyət çəkərək [təyin edilmiş genderi qadın olan bir qadın olaraq]” keçirdiyi illərin bir qadın olaraq kimliyini qazandırdığını iddia etdi. Beləliklə, Morganın iddiası həmçinin, trans qadınların, qadın olaraq identifikasiya edilməyin əslində necə bir şey olduğunu və bununla birlkdə gələn bir çox çətinliyi sadəcə doğuşda qadın olaraq təyin edilmədikləri səbəbindən anlamalarının mümkün olmadığı mənasına da gəlirdi.

TERF ilk olaraq 1960-cı illərdə ikinci dalğa radikal feminizm tərəfindən yaradılıb. Bu radikal feminizm dalğası cəmiyyətin patriarxal nəzarət sisteminin içində kök salmışdı və bu feminizm şaxəsinin ümumi məqsədi qadınların cəmiyyətdəki rolları barədə ənənəvi idealları dəstəkləyən bu sistemə meydan oxumaq idi.

Hər halda daha öncə bəhs edildiyi üzrə, TERF ikinci dalğa radikal feminizmdən meydana gəlib. Trans qadınları feminist hərəkatdan təcrid etmək niyyəti yalnızca trans qadınların qadın olmağın çətinliyini əsla bilməyəcəklərini təkid etməklə kifayətlənmədi, eyni zamanda özünü trans olaraq identifikasiya edənlərin gender ikiliyini gücləndirdiyi vurğulandı, çünki ilk mərhələdə binarlıq olmasaydı, trans qadınlar özlərini belə identifikasiya edə bilməyəcəkdi.

TERF 21-ci əsrdə artan trans fərqindəliyindən əvvələ görə çox daha az yayılmış olsa da, bu, tamamilə aradan qalxdığı mənasına gəlmir. Son TERF tədbirlərindəndən biri olan “Radfems Respond" sadəcə bir neçə il öncə gerçəkləşdirilib. Bu konfransın məqsədi radikal feministlərin seks işçiliyinə qadağa qoyulması (Seks İşçilərini Təcridedici Radikal Feminizm və ya SWERF təzahürü) və trans qadınların qadın olaraq tanınmasını rədd etmək ilə əlaqəli yanaşmalarını müdafiə etmək idi. Üçüncü dalğa feminizmin bir çox izləyiciləri tərəfindən xeyli tənqidlə qarşılanmasına rəğmən, bu tip tədbirlər, görüşlər və müzakirələr hələ də həyata keçirilir və transların hər gün əziyyət çəkdiyi təhlükəli situasiyalara töhfə verir.

Reallıq budur ki, gender bir spektrda mövcuddur - binar deyil. Bu səbəbdən təyin olunmuş genderləri ilə uyğunlaşmasa belə, spektrın bir ekstrimi olaraq identifikasiya edilən insanlar eyni dərəcədə etibarlıdır. Bu səbəbdən, translar TERF-lərin inandığının əksinə, gender ikiliyini gücləndirmir. Son olaraq, TERF hərəkatının binarlığı gücləndirmə haqqındakı digər arqumentinə nəzər yetirək: özünü qadın olaraq identifikasiya edənlər doğuşda bioloji xüsusiyyətlərinə əsasən qadın olaraq təyin edilməsələr belə, özlərini daha az qadın hesab etməməlidirlər; önəmli olan sadəcə özlərini necə identifikasiya etmələridir.

Tərcümə: Raven

Mənbə: femmagazine.com

Powered by Froala Editor