New initiative called "Touch yourself" has been established
"Touch Yourself" initiative group was launched on December 7 this year
22/Dec/21
2067
“Özünə toxun” adlı yeni təşəbbüs yaradılıb
“Özünə toxun” təşəbbüs qrupu bu ilin 7 dekabrında fəaliyyətə başlayıb. Layihənin ideya müəllifi Ayan Şamçı, komanda üzvü isə Orxan Nəciyevdir. Ayanın sözlərinə görə, təşəbbüs yeni yaransa da, ideya hələ pandemiya dövründən var idi. O, layihənin məqsədləri barədə bunları deyib:
“Bizim əsas məqsədimiz qadın və yeniyetmə qızları reproduktiv sağlamlıq (xüsusən, menstruasiya və vaginizm), zorakılıqla mübarizə və hüquqi dəstək mövzuları haqda maarifləndirərək onlarda özünəsevgi və özünəinamı artırmaq, cəmiyyətə inteqrasiya olmalarına dəstək olmaqdır.
Biz istəyirik ki, qadınlar özlərini kəşf edərək potensiallarından xəbərdar olsunlar və özlərinə layiq olduqları dəyəri versinlər. Bunün üçün biz həmin mövzularla bağlı təlim keçirtməyi və sosial media hesablarımızda öyrədici paylaşımlar etməyi planlayırıq, hətta artıq başlamışıq.”
“Özünə toxun” təşəbbüsünün ilk təlimi 19 dekabrda baş tutub və gender əsaslı zorakılığa həsr olunub. Reproduktiv sağlamlıq, menstruasiya, vaginizm haqda onlayn vebinar 20 dekabrda baş tutub. “Zorakılığa məruz qaldıqda nə etməli?” adlı hüquqi mövzulu vebinar isə 26 dekabrda təşkil olunacaqdır.
Təşəbbüsün nəzdində həm də “Soulpad” sosial biznesi fəaliyyət göstərir. Biznes çoxistifadəlik menstruasiya bezləri istehsal edir. Bunun da bir neçə məqsədi vardır: ətraf mühitə atılan tullantıları azaltmaq; layihəyə sığınacaqda yaşayan, məişət zorakılığı ilə üzləşmiş qadınları cəlb etməklə, onları işlə təmin etmək; menstruasiya ilə bağlı cəmiyyətdəki tabuları qırmaq.
Təşəbbüs qeyd edir ki, menstrual pedləri ehtiyacı olan şəxslərə pulsuz verməklə maddi əngəli də qismən aradan qaldırmağı qarşısına məqsəd qoyub.
“Özünə toxun” təşəbbüsü barədə daha çox məlumat almaq, təlimlərdən xəbərdar olmaq və qeydiyyatdan keçmək üçün linkdən istifadə etmək mümkündür.
Powered by Froala Editor