Queer activist will control nuclear waste
Queer activist Sam Brinton has been appointed to the post of nuclear waste control in the USA. They said this on their Twitter account.
14/Feb/22
2247
Kuir aktivist nüvə tullantılarına nəzarət edəcək
ABŞ-da kuir aktivist Sem Brinton nüvə tullantılarına nəzarət üzrə vəzifəyə təyin olunub. Bu haqda o, özünün Tvitter hesabında qeyd edib.
O, Energetika Nazirliyinin Nüvə Enerjisi İdarəsində yanacaq və tullantıların utilizasiyasına nəzarət edəcək.
Brinton Massaçusets Texnoloji Universitetində mühəndis sistemləri və nüvə elmləri üzrə iki magistr dərəcəsinə yiyələnmişdir. Onun təsisçisi olduğu Core Solutions Consulting şirkəti nüvə tullantılarının idarə edilməsindən tutmuş nüvə enerjisi sahəsində innovativ siyasətə qədər müxtəlif mövzularda konsultasiya verir.
Sem Brinton özünü genderflüid şəxs olaraq bəyan edir. Aktivist fəaliyyətində o, uzun müddət “konversiya” terapiyalarının ləğv olunması tələbi ilə mübarizə aparıb, eləcə də Obama administrasiyasında LGBTQ+ məsələləri üzrə konsultasiya verib.
Powered by Froala Editor