“Bədənim belə istədi” - XII hissə

Roman

Müəllif: Aylin Wise

Tərcümə etdi: Ayan Şamçıyeva

***

    Nə Lenanın evinə necə çatdığımı, nə də ki lazımı mərtəbəyə necə qalxdığım yadıma gəlir. Amma yadıma gəlir ki, qapının zəngi çalarkən ürəyimin döyüntüsünü qulağımda eşidirdim. Onun bərk qucaqlamasını, şampunundan gələn dəniz qoxusunu, başımı tumarlayaraq məni heç vaxt görməyəcəyindən qorxuğunu pıçıldayaraq deməsini də yaxşı xatırlayıram. Mənzilin girişində, qapısı taybatay açılmış halda eləcə qucaqlaşaraq donub qalmışdıq. Məndə elə bir hiss vardı ki, elə bil çoxdan axtardığım şeyi, nəhayət tapmışam. Bu, sanki doğma, hava kimi vacib bir şey idi.  Həmin anda elə bil ki, bütün dünya dayanmışdı.

    Nəhayətində, mətbəxə gedərək son baş verənlərin hamısını danışdım. Süfrənin kənarını barmaqlarımla sürtərək və göz yaşı tökməmək üçün özümü zorla saxlayaraq qohumlarımdan, keçmiş ərimdən şikayət edib içimi boşaldırdım. Lena mənim üçün çay hazırlayır, diqqətlə qulaq asır, bəzən isə dəqiqləşdirici suallar verirdi. Mən isə onun fincanları səliqə ilə düzməsini, nəlbəkiləri yavaş-yavaş silməsini, vazaya peçenye və şokoladları gözəl şəkildə qoymağını izləyərək danışırdım. Onun necə əsəbi olduğunu ancaq indi hiss etməyə başlamışdım. Bu reaksiyanın səbəbini başa düşə bilmirdim. Lakin bir az keçmişdi ki, birdən həmsöhbətim özü vəziyyətə aydınlıq gətirdi:

  • Mən bu əclafın sənə necə davrandığını sakitcə dinləyə bilmirəm, – Lena fincanları çaydanın yanına qoyarkən fincanların cingiltisi eşidildi və Lena mənə tərəf çevrildi. Başını mənə doğru qaldırarkən dişləri sıxılmış vəziyyətdə idi. Təəccübdən donub qaldım. O, nəfəsini verərək sözünə davam etdi: “Sən nə qədər güclü olduğunun fərqində deyilsən. O, heç vaxt sənə layiq olmayıb”.

    Və bu anda mən bu hadisələrin məni necə tükətdiyini, güclü olmaqdan, hətta hamıdan necə yorulduğumu anladım. Gözlərimdən yaş axmağa başladı. Lena iki addımdaca mətbəxdən yanıma qaçaraq məni qucaqladı. Onun varlığı mənə güc verirdi, lakin eyni zamanda onun qucağında necə nəfəs alacağımı unudurdum. Sakitləşəndə o, məni buraxdı, amma bütün axşam əlimi tutaraq öz zarafatları və iş haqda danışıqları ilə əhvalımı qaldırmağa çalışırdı.

    Bəzən Lena danışır, mən isə eşitmirdim, sadəcə səsindən zövq alır, üz cizgilərinə tamaşa edirdim, bu da məni çox valeh edirdi. O isə gülümsəyir və hər dəfə ona niyə belə baxdığımı soruşurdu. Mən də cavabında sadəcə gülümsəyir və onun əlini daha bərk sıxırdım.

    Saata baxanda vaxtı izlədiyimi düşünsəm də, artıq gecə yarısı olduğunun fərqinə varıb təəccübləndim. Lena mənim çaşqınlığımı başa düşərək masanı yığışdırmaq üçün ayağa qalxdı və tərəddüd etmədən, mənə baxmadan onunla qalmağı təklif etdi. Bu sözlərdən məni əvvəl soyuq, sonra isti basdı. Bir tərəfdən bunu dünyada heç vaxt olmadığı qədər arzulayırdım, digər tərəfdən isə çox qorxurdum. 

  • Narahat olma, sənə sataşmayacam, – Lena gülərək dedi. Onun gülüşü vəziyyəti bir az yumşaltdı, ona görə bir neçə saniyə düşünüb razılaşdım.

    Duşda yuyunarkən tüklərim biz-biz olurdu. Mən bu qadını istəyirdim. Özü də ehtirasla və dəlicəsinə istəyirdim. Amma qorxu məni geri çəkirdi. Su isti idi, amma həyəcandan isinə bilmirdim. Lenanın mənə verdiyi dəsmala bürünüb artıq çarpayının hazır olduğu otağa daxil oldum. Gözümü qaldırıb dostuma baxa bilmirdim. Dostumamı?

  • Özünü evdəki kimi hiss elə, mən də indi gəlirəm, – deyərək Lena özünü sözün əsl mənasında vannaya “atdı”.  Bu, daha çox qaçışa oxşayırdı. Görəsən, kim daha çox digərimizdən qorxurdu?

Çarpayının kənarında oturub əllərimlə o an yanan üzümü örtdüm. Keçən dəfə bu çarpayıda nə baş verdiyini xatırladım. Xatirələr məni hürküdürdü. Əgər birdən-birə söndürənin səsi gəlməsə və otağın işığı sönməsəydi, kim bilir, daha nə qədər belə oturacaqdım.

  • Yatmağa hazırlaşırsan? – artıq yerinə girən Lenanın səsini eşitdim.

  • Bəs nədə yatım? – birdən dərk etdim ki, dəsmalı altından heç nə geyinməmişəm. İndiyə qədər niyə ağlıma gəlməyib bu, başa düşə bilmirəm.

  • Başını burax, dedim axı, sənə sataşmayacam.

 Dişlərimi qıcıyıb itaətkarcasına dəsmalı stulun başına asdım və cəld yay yorğanına girib, yorğanı çənəmə qədər örtdüm. Arxası üstü yatağın lap kənarında uzanaraq Lenanın məndən uzaq qalmaq üçün necə uyğun poza axtardığını eşidirdim.

  Pəncərədən həyətdəki fənərdən otağa işıq düşürdü. Sükutu ancaq arabir keçən maşın səsi pozurdu. Yuxum qaçmışdı. Qətiyyən yox idi. Hər saniyə hava getdikcə daha da daralır, otaq elə bil çarpayı ölçüsünə qədər kiçilirdi.

  • Bəs desəm ki, sənin mənə sataşmağını istəyirəm? – öz səsimə belə inanmadan sakitcə dedim. 

  Onun əli cəld şəkildə, lakin inamla məni özünə tərəf çəkdi, bu da məni ehtirasdan az qala boğulmağa məcbur etdi. Onun bədəninə qısıldıqca onun necə gözəl olduğunu hiss etdim. Lena dodaqlarımı elə ehtirasla, elə şövqlə öpürdü ki. Onun isti dili mənim dilimə “sataşır”dı, əlləri isə çiyinlərimi sığallayırdı. Başım fırlanana qədər beləcə öpüşdük.

   Lena üstümdən asılı vəziyyətdə qalaraq boğazımı öpməyə başlayıb tədricən sinəmi öpməyə keçdi. Bu toxunuşlar xoşuma gəlirdi, gözəl qadının bədənimə toxunmağı mənə xoş gəlirdi. Döşləri dərimə toxunduqca içimdə bir istək alovunun alışdığını hiss edirdim.

Lenanın qucağında güc axını, eyni zamanda yalnız qadının yaşada biləcəyi zəriflik hiss olunurdu. Birdən yadıma düşdü ki, keçmiş ərimin sinəsinə toxunmaq mənə heç xoş gəlmirdi. Amma indi məhz bunu etmək istəyirdim. Dodağı ilə əmciklərimdən birini əməndə ahıldadım. Görməmiş kimi havanı ağzımla çəkərək qorxurdum ki, parlaq günəş altında əriyən dondurma kimi həzdən məst olacam. Onun kürəyini ehmalca dırnaqlarımla cızaraq belini oxşayırdım. 

Qarnımda isə elə bil ki, lava alovlanırdı. Ayaqlarımın arasındakı isti məni dəli edirdi. Fikirlərimi oxuyurmuş kimi Lena əlini salıb barmaqlarıyla klitoruma toxundu. Məni elektrik vurmuşcasına ikiqat oldum. Zərif şəkildə məni sığallayaraq yenə dodaqdan öpmək üçün Lena başını qaldırdı. Qollarımı boynuna dolayıb dodaqlarına yapışdım. Dillərimizin rəqsi məni daha çox istəkləndirirdi. Bir andaca iki barmağını mənə necə saldığını hiss etdim. İstəkdən tamamilə yaş idim və təmasa hazır idim. Mən az qala onun dodağını dişləmişdim ki, Lena məni hədələyircəsinə inildədi.

Barmaqlarını getdikcə daha dərinə batıran Lena tempi artırdı. Mən orqazma çata bilməyəcəyimi başa düşənə qədər bu, bir neçə dəqiqə davam etdi. Halbuki bunu, həqiqətən istəyirdim. Mən hətta keçmiş ərimlə olduğu kimi saxta şəkildə orqazma çatdığımı göstərmək istədim, amma bu fikir məni iyrəndirdi. 

  • Dayan, – qışqıraraq əlimlə onun əlini örtdüm. O, barmağını çıxaranda isə rahatladım. Həmin an problemin məndə olduğunu anlayıb özümü söydüm.

  • Nə olub? – Lena çaşqın halda ayağa qalxıb gözlərimin içinə baxmağa çalışdı. Mən üzümü çevirməyə çalışdım, amma o, izahat eşitmək istədiyini göstərirmiş kimi əli ilə çənəmi tutub qaldırdı, – mənimlə danış. Mən fikirləri oxuya bilmirəm.

  • Məndə alınmır. Səni istəyirəm, amma alınmır, – məyusluğumdan qışqırmağa hazır idim, - bəlkə, mən sadəcə frigidəm? (red. cinsi istəyin olmaması) 

Qəzəbimi saxlaya bilməyib çarpayıdan atıldım və pəncərə tərəfə getdim. Sərin döşəmə içimdə yanan alovu soyuda bilmirdi. Seksdən sadəcə həzz ala bilmədiyim üçün özümdən zəhləm gedirdi. Hər hüceyrəsinə qədər bədənimə nifrət edirdim. Bədənimi dar bir paltara bürüyüb gizlətmək istəyirdim. Yerin altına girmək istəyirdim.

  • Qadın orqazmı düşündüyündən daha mürəkkəb qurulub. Bizim üçün partnyorla ünsiyyət vacibdir. Tez orqazma çatmaq istəyi isə bizi ona yaxınlaşdırmır, - deyə ah çəkdi, – bağışla, bəlkə də, çox tələsdim. Mənə bir şans daha verə bilərsən?

Çarpayının cırıltısını eşidib bir əsəb yumağına çevrildim. Lena ehmalca mənə yaxınlaşıb arxadan qucaqladı. Onun bədənini hiss etmək əsl zövq idi. Əlləri ilə qarnımı və budumu sığallamağa başladı.

  • Leyla, mən səni sevirəm. Və istəyirəm ki, mənimlə özünü yaxşı hiss edəsən.

Məni özünə tərəf çevirib dodaqlarımdan öpdü. Öpüş o qədər uzun sürdü ki, yenidən yatağa necə girdiyimizi belə hiss etmədim.

  • Rahat ol və mənə nə istədiyini göstər, – deyə pıçıldadı.

     Bir az düşündükdən sonra mən qeyri-əmin şəkildə əlimi Lenanın başının arxasına qoyub başını sinəmə endirdim. Yenidən başladıq. Amma bu dəfə daha yavaş. Yenidən döşlərimə sığal çəkdi. Sonra onun başını qarnıma və daha aşağı saldım. Bədənimi öpüşlərlə bürüyərək ombalarıma endi. Gözlərimi yummuşdum, ona görə də Lenanın topuqlarımı, dizlərimi, sonra isə budlarımı öpdüyünü görmədim. Heç kim ayaqlarımı belə sevgi ilə öpməmişdi. O qədər həssas, o qədər səmimi, o qədər...

  Lena dili ilə klitoruma toxunduqda inildədim. Onun vulvaya, sonra geriyə, dairəvi və mərkəzə doğru hərəkətlərinin verdiyi ağlasığmaz həzz dünyada heç nə ilə müqayisə edilə bilməzdi. Əvvəlcə dili şişmiş klitoruma toxundu, sonra bu şirin işgəncəni daha israrlı və daha iddialı şəkildə davam etdirdi. Nə qədər vaxt keçdi bilmirəm, beynimdə hər şey qarışmışdı, amma bir anda içimdə bir partlayış oldu. Bədənim yanır, ayaqlarımın arasında pulsasiya uzun müddət davam edirdi. Masturbasiya edərkən aldığım orqazm kimi deyildi, bu, tamamilə fərqli idi! Lenanın adını çəkərək başını özümə daha da yaxınlaşdırdım, həzzin bir saniyəsini belə qaçırmaq istəmirdim çünki.


   Lena yanıma uzanaraq mənim kimi nəfəsini dərməyə çalışdı. Həzzin son dalğası sovuşanda gözlərimdən yaş axdı. Sevdiyimi qucaqlayaraq, bir söz deyə bilməyib sinəsində hönkürməyə başladım. O isə sadəcə başımı sığallayıb, alnımdan öpürdü.

  • Səni incitdim? – özümə gələndə o sakitcə soruşdu.

  • Yox, yox, hər şey çox gözəl idi, – Lenanı dodağından öpəndə hiss etdim ki, göz yaşı yenidən boğazıma doğru yığılıb, – sən heç təsəvvür etmirsən, bu, mənim üçün nə deməkdir. Keçmiş ərimlə yataqda çox pis idi. Uzun illər seksin tamamilə mənasız, xoşagəlməz bir şey olduğunu düşünürdüm. Hər dəfə düşünürdüm ki, niyə hamı seksə bu qədər aludə olur? Bu ki, heç xoş bir şey deyildi. Düşünürdüm ki, ətrafdakıların hamısı yalan danışır, sadəcə orqazm yaşamadıqlarını etiraf etmək istəmirlər. Ən azından mən bunu yaşamıram. Amma indi…

   Bəlkə də, seks təcrübəm olsaydı, evlənməməli olduğumu çoxdan anlayardım. Bütün bu iyrəncliklər başıma gəlməzdi. Bəs mən valideynlərimin qoyduğu ənənələri necə poza bilərdim? Çətin.. Mən bir qutunun içində o qədər uzun müddət yaşamışdım ki, heç vaxt belə bir şey etməyə cürətim çatmazdı.

  • Onda sənin artıq öz oriyentasiyanla bağlı şübhələrin yoxdur? – Lena gülümsədi.

  • Dayan, biz hələ qurtarmamışıq, – boynundan öpərək şıltaqcasına dedim. 

   Lena yastığa atılaraq öpüşlərimdən zövq alırdı. Amma onun döşlərini, budlarını və ombalarını sığallamaq mənə də böyük həzz verirdi. Onu özümlə elə örtmək istəyirdim ki, bədənimin hər yeri ona toxunsun. Keçmiş ərimlə isə hər şey fərqli idi. Onun bədəni məni həyəcanlandırmırdı, məndə heç bir duyğu oyatmırdı. Sadəcə çılpaq kişi bədəni idi. Seks elə bil məni ağrıdan bir idman idi.

    Lenaya baxdıqda onun nə istədiyini və necə istədiyini bildiyini dərhal müəyyən etmək mümkün olurdu. Güvənli hərəkətlərlə əllərimi istiqamətləndirirdi. Amma eyni zamanda, o, məni məcbur etmirdi, mən özüm onun bədənini izləmək istəyrdim, çünki o mükəmməl idi. Gözlərimin önündə tanrıça Afrodita uzanırdı – onun kimi həssas və ağlasığmaz dərəcədə gözəl.

   Əlimi ayaqlarının arasına qoyaraq onun necə isti və yaş olduğunu hiss etdim. Ona toxunmaq ipək və ya qızılgül ləçəklərini sığallamaq kimi idi. Orta barmağımla onun şişmiş klitorunu sürtürdüm. Lena məni qucaqlayıb dərindən nəfəs aldıqca, mən burnumu onun boynuna basdıraraq, ondan gələn tər və müşk qoxuları ilə vəhdət olmuş ətrini içimə çəkirdim. Bir neçə dəqiqədən sonra o boşaldı. Və bu, həyatımda yaşadığım ən ehtiraslandırıcı şey idi.

    Nəfəsimizi alandan sonra çarpayıda yan-yana uzandıq. Mən hələ də indi başımıza gələnlərin təsirində idim. Və bu, mənə rahatlıq vermirdi! Mən nəhayət, sirri açılan sandıqça kimi üzə çıxan yeni dünya haqqında danışmaq və hər şeyi öyrənmək istəyirdim.

  • Bu, həmişə belə həzz vericidir? – gülümsəyərək və əlimi başımın altına qoyaraq Lenaya tərəf çevrildim.

O güldü və daha yaxına gəlib dodağımdan öpərək cavab verdi:

  • Hər iki partnyor zövq almırsa, sekslə məşğul olmağın nə mənası var?

   Bir anlıq reallıqdan uzaqlaşaraq özümə kənardan baxdım. Keçmiş ərimə yataqda bu qədər illər niyə dözürdüm ki? Qəbul etməli idim ki, belə olmamalıdır, məsuliyyəti öz üzərimə götürüb daha tez onu tərk etməli idim. Axı bu, mənim həyatım və bədənimdir. Mən ona qulaq asmalı idim. Ancaq sonra valideynlərimi, oğlumu və adət-ənənələri xatırladım. Amma tez bir zamanda da bu fikirləri beynimdən uzaqlaşdırdım, çünki o anda yalnız Lenanın varlığından həzz almaq istəyirdim.

  • Sənə layiq olmaq üçün nə etmişəm axı? – birdən soruşdum mən. 

  • Belə danışma, sevgi və xoş münasibətə layiq olmaq mümkün deyil. Axı məsələ səndə deyil, sənin yanında olanlardadır. Sən başqalarının davranışına görə cavabdeh deyilsən, – Lena sərt üz ifadəsi ilə dedi.

  • Yenə də həyatımda peyda olduğun üçün çox xoşbəxt hiss edirəm, – bir az yaxınlaşaraq Lenanı qucaqladım.

Həmişə biri ilə yataqda yatmağın çox narahat olduğunu və praktiki olmadığını düşünmüşəm. Keçmiş ərimlə bir çarpayıda yatmaq mənim üçün çox çətin idi. Mənə rahat olmurdu: o, mənə yaxın yatanda yata bilmirdim. O, həm də xoruldayırdı, ona görə də yuxumu tam ala bilmirdim. Qulaqlıqlar isə kömək etmirdi. Yerimə girirdim və səhəri əsəbi halda oyanırdım. Oğlum dünyaya gələndən sonra yuxu rejimim daha da pozuldu, bu halda demək olar ki, yuxu üzünə həsrət idim.

O gecə Lena ilə bir yuxuya gedənə qədər birgə yatmaq mənə işgəncə kimi görünürdü. Amma Lena ilə bədənlərimiz bir-birini mükəmməl şəkildə tamamlayırdı. O, məni arxadan qucaqladı və biz eyni qab-qacaq dəstindən çıxmış iki qaşıq kimi tam olaraq uyğunlaşdıq. Ömrümdə ilk dəfə bu qədər bərk və şirin yatdım. Səhər isə dincəlmiş, rahat şəkildə oyandım. Xoş bir hüzur bütün bədənimə yayılmışdı.

Səhər yeddidə zəngli saat çalanda otaq isti yay günəşindən hələ isinməmişdi, amma ətrafdakı hər şey parlaq işığa bürünmüşdü. Pəncərədən kənarda quşların  cəh-cəhi eşidilirdi. Lenaya tərəf dönüb onun üzünü seyr etməyə başladım. O qədər mülayim, müdafiəsiz idi ki, heç də həmişə göründüyü qədər ciddi görünmürdü. Mən dayana bilməyib, burnuna öpüş qondurdum. Lena birinci mızıldanıb, sonra yavaş-yavaş gözlərini açdı.

  • Sabahın xeyir, – deyə pıçıldadım mən.

  • Sabah, həqiqətən də, xoşdur, – Lena gülümsəyərək məni qucaqladı.

  • Mən işə getməliyəm, – qoynundan çıxmağa çalışaraq ahıldadım.

  • Bir dəqiqə də, – qollarının “halqa”sında məni daha da bərk sıxdı.

Nəhayət, yataqdan duranda Lena tez çarpayını düzəltdi və mənə vanna otağına getməyi tapşıraraq mətbəxə tələsdi. Duşdan çıxanda artıq stolun üstündə düzülmüş omlet, qızarmış tost və təzə dəmlənmiş qəhvədən ibarət səhər yeməyini görəndə təəccübləndim. Axırıncı dəfə anam mənim üçün səhər yeməyi hazırlamışdı, amma bu, lap uşaqlıqda idi. Adətən mən hamıya səhər yeməyi hazırlayırdım. Lena məndə yaxşı təəssürat yaratmaq istəyirdisə, o, bunu bacarmışdı!

  • Sənə dediyimi xatırlamıram, amma səni sevirəm, – gülümsəyərək birdən dedim.

Bütün günü işdə elə bil buludların üstündə uçurdum. Amma həm də tələb olunan hər şeyi tez və asanlıqla edirdim. Lena ilə bağlı xatirələr isə məni tərk etmirdi. Dünənki gecəni düşünmək içimi isidirdi. Sağollaşıb axşam görüşməyə razılaşmışdıq, ona görə iş gününün bitməsini səbirsizliklə gözləyirdim. Maşa səhər ofisdə mənimlə qarşılaşan kimi xəyalpərəstliyimi hiss etdi. Buna görə də nahar yeməyinə çıxanda bu cür metamorfozun səbəbini öyrənməyə tələsirdi.

  • Məncə, səndə nə isə dəyişib, – əyləşəndə şübhəli baxışlar ataraq mənə dedi.

  • Uzun söhbətdir, – deyə zarafat etmək istədim.

Maşa şaftalı rəngli kətan yay sarafanını mükəmməl şəkildə tamamlayan gözəl qol saatına baxaraq qətiyyətlə elan etdi:

  • Düz qırx beş dəqiqə vaxtımız var, mən təfərrüatları gözləyirəm.


Hərdən nahar etdiyimiz masaya ofisiant və ya digər qonaqların keçmədiyinə əmin olmaq üçün dayansam da, oriyentasiyama dair şübhələrimdən və dilemmalarımdan danışdıqdan sonra mən Lenanın hekayəsini də qısaca izah etdim. Maşa təəccüblü idi, amma üzündə iyrənmə və nifrət kölgəsi də yox idi, bu, daha çox maraq dolu baxışlar idi.


  • Elə bu? Düşündüm ki, siz artıq nə vaxt birlikdə yaşamağa başlayacağınıza qərar vermisiniz, - mən hekayəmi bitirəndə Mariya qəzəbləndi.

– Səncə, tələsməyə nə gərək var? – dedim mən gülərək.

– Bir-birinizi sevirsiniz, sizdə hər şey yaxşıdır, başqa nə lazımdır?

“Mənə ailə lazımdır” deyə düşündüm. Bundan sonra necə yaşayacağım, valideynlərimlə necə münasibət quracağım, Əli ilə nə olacaq, bütün bunların öhdəsindən necə gələcəyim ağlıma sığmırdı. Çox homofob bir cəmiyyətdə yaşayırıq, ona görə işdə, hələ də əlaqə saxladığım dost və tanışlarımla problemlərim olmayacaqmı?


Powered by Froala Editor