Interseks insanlarla bağlı yeni qərar
Avropa Parlamenti insterseks insanların güc tətbiq edilərək məruz qaldığı tibbi müdaxilələri qınadı və instersekslərin hüquqlarını qorumaq üçün qanun qəbul etdi.
18/Feb/19
3501
Avropa Parlamentinin interseks insanların hüquqları barədə qərarı
Avropa Parlamenti insterseks insanların güc tətbiq edilərək məruz qaldığı tibbi müdaxilələri qınadı və instersekslərin hüquqlarını qorumaq üçün qanun qəbul etdi. Fevral ayının 14-də Avropa Parlamenti intersekslərin hüquqları ilə bağlı vacib bir qərar verdi. Qanun layihəsi qəbul edilərkən Avropa Birliyində yaşayan interseks fərdlərin fiziki bütünlüklərinə və insan hüquqlarına dair çox aydın standartlar müəyyənləşdirilmişdir.
Yeni qanun layihəsi “İnterseks insanların hüquqlarını genişləndirmək və mümkün olan ayrı-seçkilikləri aradan qaldırmaq” məqsədilə 2017-ci ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunan vacib qanun ilə bir-birini tamamlayacaq xüsusiyyətdədir. Qanuna əsasən, Avropa Parlamenti “cinsiyyəti normallaşdırma müdaxilələri və əməliyyatlarını şiddətlə qınayır” və üzv dövlətlərin interseks insanların fiziki bütünlüklərini qoruyacaq qanunları “dərhal” qəbul etməyə təşviq edir.
İntersekslər ayrı-seçkiliyə və şiddətə məruz qalırlar.
“İnterseks insanların Avropa Birliyində müxtəlif formalarda ayrı-seçkiliyə və şiddətə məruz qaldığını” müəyyən edən qanun eyni zamanda Avropa Komissiyası və üzv dövlətləri, bu mövzuya diqqət çəkən qanunlar təklif etməyə çağırır.
Avropanın qabaqcıl interkseks təşkilatı BİT Avropanın (Beynəlxalq İnterseks Təşkilatı) sədri Kiti Anderson qanunun qəbul edilməsini təqdir etdiklərini bildirib, İLGA Avropanın direktoru Evelin Paradis də Avropadakı interseks avktivistlərin əməklərinin bir meyvəsi sayıla biləcək bu tarixi qanunu İLGA Avropa olaraq coşğuyla qeyd etdiklərini söylədi.
İnterseks təşkilatı BİT Avropa: Qanun qəbul olunmasına görə şadıq
Qanunda nəzərdə tutulmuş digər mühüm məsələlər interseks insanlara və onların ailələrinə müvafiq məsləhətləşmə, damğalanma və patologiyaya qarşı lazımi tədbirlər görmək və interseks əsaslı hüquq müdafiə təşkilatlarına verilən vəsaitlərin artırılmasıdır.
BİT Avropanın direktoru Dan Kristian Xattas qanunun qəbulundan məmnun olduqlarını ifadə edərək dedi: