Sloveniya eynicinsli nikahlara icazə verib
5 oktyabr çərşənbə axşamı Sloveniya parlamenti eynicinsli cütlüklərin nikaha girməsinə imkan yaradan düzəlişi qəbul edərək Şərqi Avropada bunu edən ilk ölkə olub
07/Oct/22
1046
Sloveniya eynicinsli nikahlara icazə verib
5 oktyabr çərşənbə axşamı Sloveniya parlamenti eynicinsli cütlüklərin nikaha girməsinə imkan yaradan düzəlişi qəbul edərək Şərqi Avropada bunu edən ilk ölkə olub. Bu haqda Euronews məlumat verib.
Ailə Məcəlləsinə düzəlişin lehinə 48 deputat, əleyhinə 29 deputat səs verib, bir deputat isə bitərəf qalıb.
Yuqoslaviyanın dağılması nəticəsində yaranan Sloveniya Avropada bu islahatı dəstəkləmiş ilk post-kommunist ölkəsidir, belə ki, onun qonşularının əksəriyyəti eynicinsli nikahları və birlikləri dəstəkləmir.
İyulda Sloveniya Ali Məhkəməsi qərar verdi ki, nikahı yalnız qadın və kişi arasında müəyyən edən qanun gey və lezbiyan cütlüklərə qarşı ayrı-seçkilik yaradır.
Məhkəmə mübahisələndirilən maddələri qüvvədən salıb və parlamentə altı ay ərzində düzəlişlər etmək göstərişi verib.
Dövlət katibi Saymon Malyevats düzəlişləri təqdim edərkən deputatlara bunları deyib: “Bu dəyişikliklərlə biz eynicinsli cütlüklərin hələ çoxdan sahib olmalı olduqları hüquqlarını qəbul edirik.”
Ölkənin başlıca müxalifət partiyası olan Sloveniya Demokratik Partiyası məhkəmənin qərarını tənqid edib və yeni qanunun əleyhinə bir neçə mitinq keçirib.
“Ən yaxşı ata da heç vaxt ananı əvəz edə bilməz, eləcə də əksinə”, - SDP-in parlament qrupunun sədri Alyonka Yeraj debatlarda bildirib.
Powered by Froala Editor