BMT-dən Rusiyaya xəbərdarlıq
BMT Rusiyanı Çeçenistanda LGBTİ-yə qarşı “amansız və şiddətli” təcavüzdən müdafiə etməyə çağırır.
18/Feb/19
4001
BMT-dən Rusiyaya xəbərdarlıq
BMT Rusiyanı Çeçenistanda LGBTİ-yə qarşı “amansız və şiddətli” təcavüzdən müdafiə etməyə çağırır. Rusiya iddia olunan işgəncələri, həbsləri və LGBTİ fərdi olduğu güman edilən ən azı iki nəfərin ölümünü araşdırmaq üçün təcili hərəkətə keçməlidir. Birləşmiş Millətlər Təşkilatının (BMT) ekspertlərinin sözlərinə görə, onlar 13 fevral çərşənbə günü Çeçenistandakı LGBTİ fərdlərinə qarşı baş verən yeni təqib dalğası ilə əlaqəli "həyəcan təbili çaldılar". Onlar Rusiyanı LGBTİ fərdi olması güman olunan insanların hüquqlarını müdafiə etməyə və insan haqlarının əhəmiyyətli pozuntularına dair iddiaları araşdırmağa çağırdı.
BMT-nin məlumatına görə, 2018-ci ilin Dekabrından etibarən 40-dan çox insan həbs olunub və LGBTİ fərdi olması şübhəsi ilə saxlanılıb. İki adamın işgəncələrlə öldürüldüyü bildirilib. Verilən xəbərlərə görə, çeçen səlahiyyətliləri 2017-ci ilin Aprel ayında gey və biseksual fərdləri konsentrasiya düşərgələrində həbs edirmiş. Rusiya bu günə qədər hesabat verməkdən yayınıb. Çərşənbə günü yayımlanan açıqlamada deyilir ki, zərər çəkmiş şəxslərə qarşı təcavüzlər 2017-ci ilki hadisələrlə müqayisədə daha amansız və şiddətli olub.
Bundan əlavə, BMT-nin məlumatına görə, Çeçenistan indi kişilərlə yanaşı, qadınları da hədəf alır. Dəhşətlisi də odur ki, çeçen hakimiyyət orqanları qurbanların bölgədən qaçmasına və şikayətlə müraciət etmələri belə mane olurlar. Səlahiyyətlilər sənədləri ələ keçirir və ya məhv edir, cinayət prosesini təhdid edir və insanları boş sənədlər imzalamağa məcbur edir. BMT-nin 7 mütəxəssisi, SOGİ (Seksual orientasiya və Gender kimliyi) mütəxəssisi Viktor Madriqal-Borloz çərşənbə günü edilən açıqlamanı imzalayıb.
Viktor Madriqal-Borloz Tvitterdə:
Rusiyanı Çeçenistanda LGB fərdlərinə qarşı zorakılıq və ayrı-seçkiliklə bağlı ciddi ittihamlara baxış keçirməyə çağıran BMT mütəxəssisləri qrupuna qoşuldum.
BMT Xüsusi Prosedurları səhifəsi Tvitterdə:
#Çeçenistan100: BMT-nin ekspertləri, 2 ölüm hadisəsi də daxil olmaqla, lesbiyan, gey və biseksual fərdlərin yeni təzyiqlərə məruz qalmasından sonra hərəkətə keçib. Onlar #LGBT fərdlərinin hüquqlarını qorumaq və təcavüz iddialarını araşdırmaq üçün #Rusiyanı təcili hərəkətə keçməyə çağırırlar.
Çeçenistanda nə baş verir?
2018-ci ilin hesabatında Rusiyanın əksəriyyəti müsəlman olan bölgəsində LGBTİ fərdlərinin sistemli kütləvi həbsləri, gizli həbsxanalarda saxlanılmaları və işgəncə gördükləri təsdiqləndi. Bir gey fərd səlahiyyətlilərin evdə düzəldilmiş elektrik stulunda ona işgəncə verdiyini bildirib. Daha sonra o, tanıdığı digər LGBTİ fərdlərinin adlarını vermək məcburiyyətində qalıb. Çeçenistan prezidenti Ramzan Kadırov bütün gey kişiləri öldürməyə and verib. O həmçinin, LGBTİ fərdlərinin valideynlərinə ailənin utancını aradan qaldırmaq üçün onları öldürməli olduqlarını söyləyib.
Rus sosial şəbəkəsi VKontakte-nin (VK) qrup moderatorunun həbs edilməsi bu son təmizlənməyə təkan verə bilərdi. Bölgədəki gey və biseksual kişilər bir-birilə əlaqə saxlamaq üçün VK-dan istifadə edirlər. Rus LGBT Şəbəkəsi çeçenistanlı fərdləri evakuasiya etməkdə çox əziyyət çəkir. Aktivistlər indiyədək Çeçenistandan təqribi 150 nəfəri evakuasiya ediblər. Ancaq Rusiyadakı bölgəni tərk etmək üçün köməyə ehtiyacı olan daha 130 evakuasiya olunmuş çeçen var.
Mənbə: GayStarNews