Slovakiyada LGBTİ+ barına hücum olub
Slovakiyada atışma: Silahlı şəxsin LGBTİ+ barının qarşısında atəş açması nəticəsində iki nəfər ölüb
14/Oct/22
1236
Slovakiyada atışma: Silahlı şəxsin LGBTİ+ barının qarşısında atəş açması nəticəsində iki nəfər ölüb
Slovakiyadakı vəkillər paytaxt Bratislavada LGBTİ+ barında baş verən ölümcül atışmanın kuir icmasına qarşı “nifrət”dən qaynaqlandığını düşündüklərini bilidiblər.
Slovakiyanın baş naziri iki nəfərin ölümü ilə nəticələnən LGBTİ+ məkanı qarşısında baş verən atışmanı pisləyib.
Çərşənbə günü 12 oktyabrda axşam Slovakiyanın paytaxtı Bratislavada məşhur LGBTİ+ məkanı olan Tepláreň-in qarşısında atışma zamanı iki kişi güllələnib, bir qadın isə yaralanıb.
Bratislava Comenius Universiteti Twitter-də atışma zamanı iki qurbandan birinin Matuş Horvat adlı tələbə olduğunu və “cari məlumatlara” əsaslanaraq hücumun “LGBTQİ+ icmasına qarşı nifrət cinayəti ola biləcəyinə” inandığını bildirib.
Hücumun üçüncü qurbanının barda işlədiyinə və xəstəxanada müalicə aldığına inanıldığı deyilib.
Slovakiya polisi bildirib ki, şübhəli silahlı şəxs cümə axşamı 13 oktyabrda səhər saatlarında ölü tapılıb. Səlahiyyətlilər atışmanın motivi ilə bağlı təfərrüatları açıqlamasa da, bunun nifrət cinayəti olduğunu istisna etməyib.
Associated Press xəbər verib ki, Slovakiya mediasına görə, şübhəli şəxs sosial şəbəkələrdə antisemit və anti-LGBTQ+ baxışlarına malik olduğunu göstərən yazılar yerləşdirib, habelə atışma ilə bağlı postlar paylaşıb.
Slovakiya liderləri hücumu pisləyib.
Baş nazir Eduard Heger hücumu qınayıb və hər kəsin qorxu içində yaşamasının “qəbuledilməz” olduğunu söyləyib. "Hər kəsin yaşadığı həyata görə öz həyatı üçün qorxması qəbuledilməzdir", - Heger deyib. “İki nəfərin öldürüldüyü dünənki hücumu qətiyyətlə pisləyirəm. Ekstremizmin heç bir formasına icazə verilməməlidir.”
Slovakiya Respublikasının prezidenti Zuzana Čaputová Twitter-dəki paylaşımında siyasətçiləri LGBTİ+ icmasına qarşı nifrəti dayandırmağa kömək etməyə çağırıb. Bu gün 14 oktyabrda prezident Zuzana Čaputová Tepláreň barının sahibi ilə görüşüb və hadisə yerini ziyarət edib.
Powered by Froala Editor