LGBTİ+ azarkeşlərə zəmanət: Öpüşə bilərsiniz
Futbol Federasiyasından LGBTİ+ azarkeşlərə zəmanət: Öpüşə bilərsiniz
17/Oct/22
1012
Futbol Federasiyasından LGBTİ+ azarkeşlərə zəmanət: Öpüşə bilərsiniz
Federasiya LGBTİ+ azarkeşlərinin Qətərdəki Dünya Çempionatında öpüşdüklərinə görə həbs edilməyəcəklərini iddia edib.
Futbol Federasiyası (red: FA) LGBTİ+ azarkeşlərinin Qətərdə keçiriləcək Dünya Çempionatında ictimai yerdə öpüşmə və əl-ələ tutmağa görə həbs edilməyəcəklərinə zəmanət verib.
Turnirin homoseksuallığın qeyri-qanuni olduğu və LGBTİ+ icmasının ayrı-seçkilik qanunlarına tabe olduğu Körfəz ölkəsində keçiriləcəyi elan edildikdən sonra mübahisələr davam edib.
Anmesty İnternational təşkilatı da 48 səhifəlik hesabat dərc edərək, Qətərdə miqrant işçilərin maaşlarının kəsilməsi və iş yerlərini dəyişmək üçün pul tələb edilməsi kimi zərərli təcrübələrin hələ davam etdiyi iddiasına gəlib.
Bununla belə, FA-nın baş direktoru Mark Bullinqem bildirib ki, turnir zamanı ölkədəki polislərə dözümlü olmaq göstərişi verilib.
Rəhbərlik orqanının Qətərdə LGBTİ+ pərəstişkarlarının ictimai yerlərdə öpüşmələri və ya əl-ələ tutmaları halında qarşılaşa biləcəkləri problemlərini nəzərə alıb-almaması ilə bağlı suala Bullinqhem belə cavab verib: “Biz bu sualları son altı aydır Qətər səlahiyyətlilərinə veririk. Haqqında danışdığımız hər şeyə, hətta “göy qurşağı bayraqlarına icazə verilir” nöqtəsinə qədər bizə tamamilə düzgün cavablar verdilər.”
Bəli, əminliklə (icazə verilir), bir şərtlə ki, kiminsə gedib onları [bayraqları] məsciddən asmasın – bu, bizə təqdim edilən və hörmətsizlik hesab olunan nümunələrdən biri idi,” - deyə o, əlavə edib.
Powered by Froala Editor