Cinsi istəksizlik nədir?
Aparıcı Səma Abıyevanın “Ayıb olmasın" podkast seriyasının növbəti buraxılışı yayımlanıb
26/Oct/22
1201
Cinsi istəksizlik nədir?
Aparıcı Səma Abiyevanın “Ayıb olmasın" podkast seriyasının növbəti buraxılışı yayımlanıb. Bu dəfə aparıcı seks terapist Şəbnəm Sadıqova ilə cinsi istəksizlik haqqında söhbət aparıb.
Podkastın qonağı “Cinsi istəksizliyin səbəbi nədir, qadın nə üçün cinsi istəksizlik yaşayır?” suallarına cavab verib.
Şəbnəm Sadıqova psixoloq, seks terapevtdir. Azərbaycanda ilk dəfə olaraq Reproduktiv Sağlamlıq Mərkəzində sonsuzluq diaqnozundan müalicə alan cütlüklərə psixoterapiya yardımı sistemini qurmuşdur. Həmçinin ölkəmizdə ilk dəfə olaraq Online Psixoterapiya sistemini yaratmışdır.
Klinik fəaliyyətlərində və elmi araşdırmalarında psixi pozuntuların müəyyən edilməsi, müalicə yolları, sonsuzluq, hamiləlik dövrü çətinlikləri, cinsi problemlər və cinsi maarifləndirmə sahələrinə fokuslanmışdır. Psixologiya və psixiatriya sahəsindəki məlumatların hərkəs tərəfindən anlaşılmasını və istifadəsini məqsəd qoyan bir sıra yazılar və məqalələrin müəllifidir.
Podkastı keçiddən dinləyə bilərsiniz.
Powered by Froala Editor