“Sülhə Baxış: Gender və Münaqişə” təlimi
“Sülhə Baxış: Gender və Münaqişə” təliminə qəbul elan edilib
27/Oct/22
1116
“Sülhə Baxış: Gender və Münaqişə” təlimi
Avropa İttifaqının “Stabillik və Sülhə Yardım” (IcSP) aləti tərəfindən maliyyələşdirilən “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu: Mərhələ 2” (PeaCE-2) proqramı çərçivəsində keçirilən “Sülhə Baxış: Gender və Münaqişə” təliminə qəbul elan edilib.
Layihənin əsas məqsədi 18-26 yaş arası gənclərin gender və münaqişə transformasiyası haqqında agahlıqlarının artırılmasıdır.
Təlim zamanı gender nəzəriyyələri, münaqişə transformasiyasında gender rolları, gender inkluzivliyinin münaqişə transformasiyasında rolu, qadınların sülh quruculuğunda mənalı iştirakının nümunələri ilə bağlı sessiyalar baş tutacaq. Təlim sessiyaları zamanı iştirakçılar tərəfindən qazanılan bilik və təcrübələr praktiki tapşırıqlarla möhkəmləndiriləcək.
4 gün davam edəcək təlimlər peşəkar təlimçilərin mentorluğu ilə keçiriləcək. Təlim boyunca 4 günün hər birində, bütün sessiyalarda iştirak zəruridir. Təlimi uğurla başa vuran iştirakçılar sertifikatla təltif ediləcək.
Seçim müraciət forması və müsahibə əsasında aparılacaq. Seçilmiş iştirakçılara digər detallar haqqında məlumat veriləcək.
Müraciət üçün son tarix: 05 noyabr 2022
Keçirilmə tarixi: 12-13, 19-20 noyabr üzbəüz
(offline)
Müraciət formunu bu keçid vasitəsilə tamamlaya bilərsiniz.
Powered by Froala Editor