Miss Argentina və Miss Puerto-Riko evlənib

İki il ərzində münasibətlərini gizli saxlayan Miss Argentina və Miss Puerto-Riko, nəhayət, evləndiklərini bəyan edib, bu haqda Daily Mail məlumat verib. 

Argentinalı 26 yaşlı Mariana Varela və puerto-rikolu 22 yaşlı Fabiola Valentin ilk dəfə 2020-ci ildə öz ölkələrini Miss Grand International müsabiqəsində təmsil edərkən tanış olublar. 

Bu gözlənilməz xəbəri öz İnstaqram hesablarında paylaşmazdan əvvəl onlar heç vaxt sevgili olduqlarını bəyan etməyiblər, yalnız “dost” olduqlarını deyiblər. 

Hər iki model eyni Reels-i öz İnstaqram hesablarında paylaşaraq evli olduqlarını elan ediblər.

Videonun əvvəlində cütlük öz səyahətlərindən fraqmentləri, o cümlədən Puerto-Rikodakı Jobos çimərliyində qucaqlaşdıqları və Meksikadakı romantik qayıq səyahətindən həzz aldıqları kadrları yerləşdirib. 



Powered by Froala Editor