Nəfəs LGBTİ Azərbaycan Alyansı “Film Mozaikası” festivalında

Nəfəs LGBTİ Azərbaycan Alyansı 6-16 oktyabr tarixlərində Danimkanın Kopenhagen şəhərində Copenhagen Architecture Festivalı tərəfindən təşkil olunan “Film Mozaikası” film festivalında iştirak edib. Bu barədə Nəfəs LGBTİ Azərbaycan Alyansı məlumat verib. 

Festivalda nümayiş olunan Azərbaycandan olan filmmeykerlər tərəfindən hazırlanmış filmlər tikilmiş mühitə daxil edilmiş bərabərsizlikləri ortaya qoyub və daha yaşıl, daha təhlükəsiz, daha sağlam və daha ədalətli və inklüziv şəhərlərlə nəticələnən həlləri ruhlandırıb. 

Nümayişdən sonra rejissorlar ilə müxtəlif mədəni kontekstlərdə inklüziv dizaynla məşğul olmağın əhəmiyyəti və təsirindən bəhs edən müzakirə təşkil edilib.

Film Mosaikası” layihəsinin əsas məqsədi film mühitinə çıxışı demokratikləşdirmək və memarlıq və bərabərlik arasında qarşılıqlı əlaqəni araşdırmaqdır.

Kopenhagendə nümayiş etdirilən 12 filmə buradan baxa bilərsiniz. 

“Film Mozaikası” film festivalı Kopenhagen Memarlıq Festivalı tərəfindən layihə tərəfdaşları – Tbilisi Architecture  Biennial / თბილისის არქიტექტურის ბიენალე, Nəfəs LGBTİ Azərbaycan Alyansı və Emergency Architecture & Human Rights ilə birgə təşkil olunub.



Powered by Froala Editor