Türkiyə: ayrı-seçkilik və zorakılıq müraciətləri 2,4 dəfə artıb
İstanbulda Saraçhane parkında LGBTİ+ düşmənçiliyi yayan nifrət mitinqindən sonra SPoD təşkilatının LGBTİ+ danışma xəttinə ayrı-seçkilik və zorakılıq haqqında müraciətlərin sayı keçən ilə nisbətən 2,4 dəfə artıb
05/Nov/22
1073
Saraçhane mitinqindən sonra ayrı-seçkilik və zorakılıq müraciətləri 2,4 dəfə artıb
İstanbulda Saraçhane parkında LGBTİ+ düşmənçiliyi yayan nifrət mitinqindən sonra SPoD təşkilatının LGBTİ+ danışma xəttinə ayrı-seçkilik və zorakılıq haqqında müraciətlərin sayı keçən ilə nisbətən 2,4 dəfə artıb. Bu barədə KaosGL məlumat verib.
SPoD 18 sentyabrda İstanbulun Saraçhane parkında Böyük Ailə Qovuşması mitinqindən sonra LGBTİ+ danışma xəttinə gələn müraciətlərdəli dəyişikliklərin monitoriqini keçirib.
Saraçhane parkından sonra şəhər-şəhər gəzməyə başlayan nifrət mitinqlərinin təsirini dəyərləndirən dərnəyin paylaşdığı hesabata görə, Saraçhane parkındakı mitinqlə birlikdə, LGBTİ+ danışma xəttinə gələn seksual oriyentasiya və gender kimliyi əsaslı ayrı-seçkilik haqqında müraciətlər əvvəlki aya nisbətən 46%, seksual oriyentasiya və gender kimliyi əsaslı zorakılıq haqqında müraciətlər isə 36% artıb.
Keçən ilə nisbətən 2,4 dəfə artım müşahidə olunub.
2021-ci ilin eyni dövründə gələn müraciətlər dəyərləndirildikdə isə daha böyük bir artış ortaya çıxıb. Seksual oriyentasiya və gender kimliyi əsaslı ayrı-seçkilik və zorakılıq haqqında müraciətlərin ümumi sayı keçən ilin eyni dövrünə nisbətən 2,4 dəfə artıb.
Powered by Froala Editor