İstanbulda LGBTİ+ əleyhinə mitinq keçirilib
Fikirdə Birlik və Mübarizə Platforması İstanbulda LGBTİ+ əleyhinə mitinq keçirib
18/Sep/22
1323
İstanbulda LGBTİ+ əleyhinə mitinq keçirilib
İstanbulda LGBTİ+ əleyhinə mitinq keçirilib. Bu haqda Dokuz 8 Haber məlumat verib. Xəbərdə deyilir ki, Fikirdə Birlik və Mübarizə Platforması sentyabrın 18-i “Böyük Ailə Qovuşması” adı altında Saraçhane parkında mitinq və ardınca Beyazıt Meydanına yürüş təşkil etməyi planlamışdı.
Təşkil olunan mitinqdə iştirakçılara Türkiyə bayrağı simvollu tişört, kepka və sendviçlər paylanıb. Əraziyə girişdə yerləşən stendlərdə iştirakçılardan Türkiyə prezidentinə göndərmək üçün “Ailəni və nəslini qoru; Sapqınlığa dur de” başlıqlı tələb mətni imzalamaq istənilib.
Sözügedən mətndə LGBTİ+lər “sapqın” adlandırılıb və onların “bütün sapqınlıqlarının” cinayət olaraq qəbul edilməsi və onlara qarşı tədbirlər görünməsi tələb edilib.
RTÜK (Türkiyənin Radio və Televiziya Üst Qurumu) mitinqin tanıtım videosunun “ictimai elan” kimi televiziyada yayımlanmasına icazə verib.
Bir çox siyasi partiya və demokratik təşkilatlar LGBTİ+ əleyhinə bu tədbiri təşkil edənlərin və buna icazə verən İstanbul Valiliyinin, mitinqə çağırış videosunu “ictimai elan” adı altında yayımlağa icazə verən RTÜK-ün cinayət törətmiş olduğunu vurğulayaraq, mitinqin keçirilməsinə verilən icazənin ləğv edilməsini tələb edib.
Powered by Froala Editor