İzmirlilər nifrət mitinqinə qarşı küçələrə çıxıb: Susmuruq, qorxmuruq, itaət etmirik!

İzmirdə LGBTİ+ təşkilatları nifrət mitinqinə qarşı küçələrə çıxıb və iyirmidən çox demokratik qurum aksiyaya dəstək verib. Bu barədə KaosGL məlumat verib. 

Xatırladaq ki, keçirilən nifrət mitinqləri açıq şəkildə LGBTİ+lərin yaşamaq hüququnu hədəf alıb.

İzmirli LGBTİ+lər və ailələri, “LGBTİ+lər İzmirdə və Türkiyənin hər yerində nifrət aksiyalarına qarşı birləşib; nifrət yürüşlərinə qarşı üsyan bayrağını götürürük” deyərək bu gün 6 noyabrda Türkan Saylan Mədəniyyət Mərkəzinin qarşısına toplaşıb.

İzmirdə LGBTİ+lərin,  İzmir 20 Kasım Platformu, 18 Haziran LGBTİ+, Direnişin Renkleri, Genç LGBTİ+ Derneği, İzmir LGBTİ+ Aile Grubu ve Lavender LGBTİQ+ təşkilatlarının hazırladığı bəyanata dəstək verən qurumlar aşağıdakılardır:

Barış İnşası İnisiyatifi, Doğanın Çocukları, Demir Leblebi Fanzin, Devrimci Öğrenci Birliği, Foça Barış Kadınları, Halkların Köprüsü Derneği, İzmir Feminist Kolektif, İzmir Kadın Dayanışma Derneği, İzmir Kadın Platformu, Kadınlar Birlikte Güçlü İzmir, Kadın Savunma Ağı, Kadın Yazarlar Derneği, Kampüs Cadıları, Mor Dayanışma, Mor Sarmaşık, Öğrenci İnisiyatifi, Özgürlükçü Gençlik, Serüven Kültür, SYKP, TİP LGBTİ+ Komisyonu, TÖP, Yeni Demokrat Gençlik, Yeni Demokrat Kadınlar, Yeşil Gelecek Derneği, Yeşil Sol Parti.



Powered by Froala Editor