Braziliyada LGBTİ+ qələbəsi
Homofobik prezident Bolsonaro seçkilərdə məğlub olub
08/Nov/22
1417
Braziliyada LGBTİ+ qələbəsi
Homofobik prezident Bolsonaro seçkilərdə məğlub olub.
Braziliyanın ifrat sağçı, homofob prezidenti Jair Bolsonaro prezident seçkilərində Luiz İnacio Lula da Silvaya uduzub.
Ölkə tarixinin ən mühüm və bölücü seçkilərindən birində 2003-2010-cu illərdə prezident vəzifəsini icra edən Silva 50,9%, Bolsonaro isə 49,10% səs toplayıb.
Qələbəsindən sonra 77 yaşlı Silva Braziliyanın "yeni sülh, sevgi və ümid dövrləri" yaşayacağını söyləyib.
Silva korrupsiya ittihamları ilə təqsirli bilindikdən sonra onun 2018-ci il seçkilərində iştirakına icazə verilməyib. 580 gün həbsdə qaldıqdan sonra onun məhkumluğu ləğv edilib.
Tarixi səsvermə həm də braziliyalı LGBTİ+lərin qələbəsi olub. Mövzu ilə bağlı danışan 19 yaşlı Luna bunları söyləyib: “Bu, o deməkdir ki, bizdə hakimiyyətdə ən aşağıları düşünən biri olacaq. Hal-hazırda bizimlə, LGBT-ləri vecinə almayan bir insan var. Bolsonaro... pis insandır."
“Bolsonaro başqalarına bir damla empatiya və ya həmrəylik nümayiş etdirməyib. Onun prezident kimi davam etməsi mümkün deyildi”.
Powered by Froala Editor