Trans Fərqindəlik Həftəsində geyim dəyiş-düyüşü

Nəfəs LGBTİ Azərbaycan Alyansı Trans Fərqindəlik Həftəsi ərzində bir neçə fəaliyyəti həyata keçirməyi hədəfləyib. Təşkilat Trans Fərqindəlik Həftəsinin ilk günü 14 noyabrdan geyim ianəsi və əldə edilməsi kampaniyasına başlayıb.

Gender kimliyinizə və/yaxud gender ifadənizə uyğun gəlməyən geyimləri uyğun geyimlə dəyişdirin. Geyim əldə etmək üçün sizdən paltar ianə etməyiniz tələb olunmur. Geyim mübadiləsi üçün 20 noyabr Transların Anım Gününə qədər Nəfəs LGBTİ Azərbaycan Alyansından olan Əli Məlikovla əlaqə saxlaya bilərsiniz

Powered by Froala Editor