Queer Art Workshop keçirilib
Minority Azərbaycan təşkilatı noyabrın 18-i kuir icma üçün Queer Art Workshop təşkil edib
22/Nov/22
1312
Queer Art Workshop keçirilib
Minority Azərbaycan təşkilatı noyabrın 18-i kuir icma üçün Queer Art Workshop təşkil edib.
Vörkşopun birinci hissəsində rəssam Özgür Əlizadə iştirakçılara kollaj sənətinin tarixi, onun növləri və istifadə olunan texnikalar barədə məlumatlar verib. Təlimin ikinci hissəsində isə iştirakçılar əldə olan müxtəlif vasitələrlə “Kuirlərin cəmiyyətdə özünüifadəsi” mövzusunda kollajlar hazırlayıblar. Hazırlanan kollajlar tezliklə Minority Azerbaijan saytında dərc olunacaq onlayn jurnalda öz əksini tapacaqdır.
Təlimçi Özgür Əlizadə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəngkarlıq fakültəsində təhsil alıb. Təhsili müddətində Yarat incəsənət məkanının nəzdində və rəssamı olduğu Esmeralda Studio ilə bir sıra layihələrdə iştirak edib.
Hələ kiçik yaşlarında Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqının birgə layihəsində Fəxri Fərmana layiq görülüb. Bir sıra yerli və beynəlxalq sərgilərin iştirakçısı və mükafatçısı olub. Onun iki əl işi Belarusda sərgilənib.
Özgür Əlizadə 2014-cü ildən etibarən tatu ustası kimi də fəaliyyət göstərir. Eləcə də karikatur janrında bir sıra işlərin müəllifidir.
O, həmçinin ictimai fəaldır, qadın, kuir haqları və eləcə də heyvan haqları mövzularına diqqət çəkir.
Powered by Froala Editor