Putin LGBTİ+ kimliyinin ifadəsini qadağan edən qanunu imzalayıb
Putin Rusiyada LGBTİ+ kimliyinin ifadəsini qadağan edən qanunu imzalayıb
06/Dec/22
1250
Putin Rusiyada LGBTİ+ kimliyinin ifadəsini qadağan edən qanunu imzalayıb
Qanun sosial, reklam və kino da daxil olmaqla bütün mediada “qeyri-ənənəvi seksual münasibətlər” haqqında “təbliğatın” yayılmasını qeyri-qanuni edib.
Rusiya prezidenti Vladimir V. Putin bazar ertəsi LGBTİ+lərə qarşı repressiyaları gücləndirib, o, ölkədə kuir kimliklərinin açıq şəkildə ifadəsini geniş şəkildə qadağan edən yeni qanunu imzalayıb.
Yeni qanun mediada, reklamlarda, filmlərdə və ya sosial mediada “qeyri-ənənəvi seksual münasibətlər” haqqında “təbliğatın” aparılmasını qeyri-qanuni edib.
Noyabrın 24-də Rusiya parlamenti Dumada 397 lehinə səslə qəbul edilib.
“Qeyri-ənənəvi münasibətlərin və ya tərcihlərin” nümayişi də reklamdan və yetkinlik yaşına çatmayanların görə biləcəyi hər hansı satış məntəqəsindən tamamilə qadağan ediləcək. Yetkinlik yaşına çatmayanlara “uşaqların cinsini dəyişmək istəyinə səbəb olan” hər hansı məlumatın yayılması da qadağan edilib.
Powered by Froala Editor