Kiçik Qrant Müsabiqəsi - Nəfəs LGBTİ

Nəfəs LGBTİ Azərbaycan Alyansı “Göy Qurşağı Vəkilliyi” proqram çərçivəsində kiçik qrant müsabiqəsi elan edib. Bu haqda təşkilatın saytında məlumat verilib. 

Kiçik qrantlar yeni yaranan LGBTİ+ təşəbbüs qrupları və fəallarının LGBTİ+ vəkilliyi bacarıqlarını gücləndirmək, o cümlədən, onların ictimai iştirakçılığını dəstəkləmək məqsədi daşıyır. 

Müsabiqə çərçivəsində təqdim olunan layihələr LGBTİ+ icmasının qarşılaşdığı sosial və sistematik çətinliklərlə bağlı ümumi məlumatlılığı artırmağı, bu istiqamətəndə fərqindəlik yaratmağı hədəfləməlidir və ümumi büdcəsi 800 AZN-dən artıq olmamalıdır. 

Müsabiqənin şərtləri barədə daha ətraflı məlumat almaq və müraciət etmək üçün bu keçiddən istifadə edə bilərsiniz. 



Powered by Froala Editor