Geylərə işgəncə verərək öldürən şəxs ölümə məhkum edilib

2003-cü ildə iki gey kişiyə işgəncə verərək öldürdüyünü etiraf edən şəxs Florida ştatında edam cəzasına məhkum edilib.

63 yaşlı Steven Lorenzo iki cinayətdə təqsirli bilindikdən sonra hakim Kristofer Sabelladan ona ölüm hökmü verməsini xahiş edib.

"Bu dəhşətli cinayətlərə görə layiq olduğun cəzadır," - deyə Sabella ona ölüm hökmü verildikdən sonra məhkəmə iclasında bildirib. 

Lorenzo 26 yaşlı Jason Galehouse və Michael Wachholtz-u Tampadakı evinə apararaq işgəncə verərək öldürməkdə günahkar bilinib. 

O, cinayətləri 2016-cı ildə iki dəfə birinci dərəcəli qətldə günahını etiraf edən Scott Schweickert ilə birlikdə törədib.

Əvvəlcə təqsirsiz olduğunu bəyan edən Lorenzo 2022-ci ilin noyabrında 147 səhifəlik məktubla "edama məhkum olanların aldıqları rahatlıq" səbəbiylə öz cinayətlərinə görə ölüm cəzası tələb edib. 

"Mənim vecimə deyil, bu, məni narahat etmir, çünki müdafiə tərəfi ölüm cəzasını istəyir," - deyə o, məktubunda yazıb.

“Müdafiə tərəfi deyir ki, ‘Bəli, mənə ölüm cəzası verin, bu, tamamilə möhtəşəmdir”.


PinkNews



Powered by Froala Editor