"Bu, adamızda homofobiyanın hökm sürdüyünü göstərir"
Kiprin cənubunda LGBTİ+ tədbirinə homofob hücum edilib
25/Feb/23
1099
"Bu nifrət aktı adamızda homofobiyanın hökm sürdüyünü göstərir"
Kiprin cənubunda LGBTİ+ tədbirinə homofob hücum edilib. Bir nəfər yaralanıb. Prezident Nikos Christodoulides hücumu pisləyib.
Limassolun Kipr Texnologiya Universitetində LGBTİ+ tədbirinə kapüşonlu qrup tərəfindən homofobik hücum edilib.
Fevralın 22-də Kiprin cənubunda universitetə edilən hücumda üzlərini örtən hücumçular tədbirə basqın edərək, iştirakçılara homofobik təhqirlərlə hücum çəkib və üzərlərinə yanğın söndürən balon atıblar. Hadisə zamanı bir nəfər üzündən xəsarət alıb.
Tədbiri təşkil edən LGBTİ+ hüquq təşkilatı ACCEPT bildirib: “Hücum həm təhdidlər, həm də kapüşonlu kişilərin sayının çox olması səbəbi ilə iştirakçılar arasında çaxnaşma yaradıb. Bu zorakılıq və nifrət aktı bir daha göstərir ki, adamızda homofobiya hökm sürür. Bu onu göstərir ki, homofobiyaya qarşı cəsarət və əzmlə daha çox işlər görməliyik.”
Powered by Froala Editor