Əvəz Hafizli haqqında film nümayiş olunub

Fevralın 23-də mərhum LGBTQ+ aktivisti, jurnalist Əvəz Hafizlinin xatirəsinə həsr olunmuş sənədli filmin təqdimatı baş tutub. Təqdimat LGBTQ+ fəalı Əli Məlikov, jurnalist Nurlan Libre və Minority Azərbaycan təşkilatı tərəfindən təşkil olunub.

“Kuir tale: Əvəz Hafizli” adlı filmin ideya müəllifi Əli Məlikov, rejissoru Miray Dəniz, operatoru Nurlan Libredir. Tədbirdə həmçinin Əvəz Hafizlinin dostları onunla bağlı xatirələrini bölüşüblər və onun mübarizəsini yad ediblər.


Qeyd edək ki, keçən il 22 fevral tarixində LGBTQ+ aktivisti Əvəz Hafizli öz qohumu tərəfindən hofomob zəmində qətlə yetirilib. O, dəfələrlə həyatının təhlükədə olduğunu bildirsə də, dövlət qurumları onun müraciətini cavabsız qoyub. Əvəzin qatilinə 9 il 6 ay həbs cəzasının verilməsi aktivistlərin narazılığına səbəb olub. Onlar cəzanın azlığından və cinayətin nifrət zəminində olduğunun nəzərə alınmamasından şikayət ediblər. 




Powered by Froala Editor