Bərabərhüquqlu evliliyin hələ tanınmadığı Hindistanın Mumbay şəhərində ilk simvolik gey toyu baş tutub.

İyul ayında İngilis müstəmləkiçiliyindən qalma homoseksual əlaqəni cinayət olaraq tanıyan homofobik 377-ci maddəni ləğv edən ölkədə ilk simvolik homoseksual toyu lesbiyan cütlük arasında yanvar ayında təşkil olunmuşdur. 

Pink News-a istinadən, bu dəfə Mumbayda Hindistanın ilk LGBTİ xoru Rainbow Voices xorunun yaradıcısı Vinod Filip partnyoru Vinsent İlleyr ilə evləndi. 

Filip və İlleyr cütlüyü 2018-ci ilin dekabr ayında Fransada evlənmişdi. Mumbaydan yaşayan ailəsinə 38 yaşında gey olaraq açılan Filip bu şəhərdə də bir toy təşkil etmək istəyirdi və homoseksual əlaqəni qadağan edən 377-ci maddənin ləğv olunmasından sonra istəyini həyata keçirdi.


Mənbə: GayStarNews