Bakı Şəhər İcra Hakimiyyətindən feministlərə cavab

“8 Marş - Yaşamaq İstəyirik” yürüşünün təşkilat heyəti yürüşün keçirilməsi barədə icra hakimiyyətinə xəbərdarlıq məktubu göndərib. 

6 mart tarixində icra hakimiyyəti məktuba cavab verib. Bakı Şəhər İcra Hakimiyyəti “8 Marş - Yaşamaq İstəyirik” yürüşünün keçirilməsini məqsədəuyğun hesab etməyib. Bu barədə “8 Marş - Yaşamaq İstəyirik” yürüşünün təşkilat heyəti məlumat verib. 

“Təşkilat heyəti olaraq bəyan edirik ki, sərbəst toplaşma azadlığı konstitusiya tərəfindən bizə təqdim olunub və biz bu azadlığımızdan istifadə edəcəyik,” - deyə təşkilat heyəti yürüşün Facebook şəhifəsində bildirib.

“Yaşamaq istəyimiz Bakı Şəhər İcra Hakimiyyətinin məqsədlərinə uyğun olmasa da, bizim təməl haqqımızdır!”



Powered by Froala Editor