Kalben Bakı konsertindəki trans bayrağından danışıb

Martın 10-da türkiyəli müğənni Kalbenin Bakıda konserti baş tutub. Konsertin yaddaqalan hadisələrindən biri də Kalbenin trans haqları aktivisti Miray Dənizin verdiyi trans bayrağını səhnədən asması olub. Bu haqda o, öz İnstagram hesabında bunları yazıb:

“İlk dəfədir ki, Bakıdayam. Beş albomdan sonra alındı, amma gəlib çatdım. Sevdiyim mahnıları sizinlə söylədim, ruhumun qırıqlarından işığınız sızdı. Miray Dənizin 🏳️‍⚧️ bayrağını (red. trans qürur bayrağını) sinəmə sardım. Neçə-neçə irq, dil, inanc, cinsiyyət, kimlik və canlı bərabər yaşasın, bərabər sevsin, bərabər tək və ya çoxluq ola bilsin deyə, dua edirmiş kimi söylədim bu mahnıları. Roman, albom imzaladım. Həyəcandan yata bilmədim.” 

Qeyd edək ki, müğənni Kalben həm də qadın haqlarının müdafiəçisi kimi tanınır. Onun “Köhnə dünyanın yanğını” adlı kitabı iki qadının patriarxal dünyada həyat uğrunda mübarizələrindən, xəyallarından, məqsədlərindən bəhs edir. 



Powered by Froala Editor