MİL Feminizm Məktəbi
MİL Feminizm Məktəbi MİL Şəbəkəsi daxilində gəncləri feminizm mövzusunda maarifləndirmək üçün təşkil olunan ictimai layihədir
17/Mar/23
1321
MİL Feminizm Məktəbi
MİL Feminizm Məktəbi MİL Şəbəkəsi daxilində gəncləri feminizm mövzusunda maarifləndirmək üçün təşkil olunan ictimai layihədir. Layihənin əsas məqsədi feminizm haqqında daha çox məlumatlanmaq və müzakirələrdə iştirak etmək istəyən şəxslərlə birgə feminist nəzəriyyə, feminizmin müxtəlif qolları və dalğaları, Azərbaycan və qonşu ölkələrdəki feminist hərəkatları müzakirə etmək və bilikləri bölüşmək üçün platforma yaratmaqdır. Layihə çərçivəsində müzakirə olunacaq mövzular:
İctimai-siyasi hərəkat kimi feminizm və onun inkişaf mərhələləri
Post-kolonial feminizm və feminizmin qlobal siyasətdə instrumentalizasiyası
Feminizm Azərbaycanda - transversal feminizm
Feminizm Türkiyədə və İranda
Feminizm Cənubi Qafqazda
Anarxo-feminizm və birgə yaşayış nümunələri
MİL Feminizm Məktəbi layihəsinin meneceri və fasilitator MİL Şəbəkəsi üzvü Fatima İsmayılovadır. Fatima İsmayılova hazırda Humboldt universitetində sosial elmlər üzrə magistratura təhsili alır və Azərbaycanda feminist hərəkatını araşdırır.
MİL Feminizm Məktəbi layihəsinə feminizm haqqında müzakirələrdə iştirak etmək istəyən 18-30 yaşlı şəxslər müraciət edə bilərlər. İştirakçılar müraciət anketi və müsahibə ilə seçiləcəklər. Proqram online şəkildə - Zoom platformasında həyata keçirələcək.
Layihədə iştirak ödənişsizdir.
Müraciət üçün qeydiyyat forması: https://forms.gle/twFQ6Jp9cyzHL5NSA
Müraciət üçün son tarix: 31 mart, 2023, saat: 23:00
Online sessiyalar: 8-9, 15-16, 22-23, 29-30 aprel, 2023 (həftəsonları)
Saat: 11:30-13:30 *Bakı vaxtı ilə
Əlaqə: [email protected]
Powered by Froala Editor