Çağdaşçılardan vizual esse çağırışı
Çağdaşçılar bütün müəllifləri, esseyistləri, tədqiqatçıları, sənətçiləri və yazıçıları vizual esse çağırışına müraciət etməyə dəvət edib
17/Mar/23
1069
Çağdaşçılardan vizual esse çağırışı
Çağdaşçılar bütün müəllifləri, esseyistləri, tədqiqatçıları, sənətçiləri və yazıçıları vizual esse çağırışına müraciət etməyə dəvət edib.
Vizual esse nədir?
Vizual esse mətnli audiodan istifadə edərək, həmçinin onun üzərinə foto, video, animasiya və/və ya digər vizual kontent daşıyan elementlər əlavə olunmuş, hər hansı bir mövzunu çatdırmaq üçün hazırlanmış videodur. Vizual esse adətən bu kimi məqsədlərdə işlənilir: şəxsi təcrübəni danışmaq, nəzəriyyə iddia etmək, qəliz problemi ümumi auditoriyaya izah etmək və ya sosial problemləri təsvir etmək üçün.
Çağdaşçılar incəsənətlə cəmiyyət arasında olan bütün mövzularda vizual esselərə açıq olduğunu deyib. Lakin ilk olaraq, müəlliflərdən müraciət formasını doldurmaq, və araşdırmaq istədikləri mövzu barədə ətraflı və konkret məlumat yazılmasını istəyib. Müəllifin mövzusu Çağdaşçılar komandası və töhfəçiləri tərəfindən seçiləcək və 9 aprelə kimi müəllifə email vasitəsilə bildiriləcək. Seçilmiş müəlliflərə bu iş üçün qonorar nəzərdə tutulub və müəllif seçildikdən sonra onunla bu barədə danışılacağını qeyd olunub.
İstifadə etdilən format: müəllif seçilmiş mövzu üzrə 1000-1200 söz yazmalıdır (buraya audio, video və ya sitatlar formatında bəzi ekspertlərin fikirləri də daxil ola bilər). Daha sonra müəllif bütün yazılı mətni audio qeyd etməli və onu foto, video və ya animasiya istinadları kimi bütün vizuallarla birlikdə Çağdaşçılara göndərməlidir.
Final videonun 10 dəqiqədən çox olmaması gözlənilir, lakin Çağdaşçılar istisnaların mümkün olacağını bildirib.
Komandanın bildirdiyinə görə, ödəniş yalnız işi bitirdikdən və video paylaşıldıqdan sonra ediləcək.
Müraciət formu: https://docs.google.com/forms/d/e/1FAIpQLSfhrbUA7G6SvuvuOPTpQOKweo4nX32EqUgWLJ8kVavqKEIsVA/viewform
Müraciət üçün son tarix: 31 mart 2023.
Powered by Froala Editor