Sidneydə LGBTQİ+lara hücum olub
Sidneydə kilsənin qarşısında izdihamın LGBTQİ+ fəallarına hücumundan sonra Avstraliya polisi iki kişini həbs edib
28/Mar/23
951
Sidneydə LGBTQİ+lara hücum olub
Sidneydə kilsənin qarşısında izdihamın LGBTQİ+ fəallarına hücumundan sonra Avstraliya polisi iki kişini həbs edib. Bu barədə BBC xəbər verib.
Qrup sağçı siyasətçi Mark Lathamın iştirak etdiyi tədbirdə etiraz aksiyası keçirib. Polis bildirib ki, dinc nümayişçilərə kilsənin qarşısında təxminən 250 nəfərdən ibarət “kütlə” hücum edib. İki kişi həbs edilib və müvafiq olaraq cinayət törətməyə təşviq etməkdə və ümumi hücumda ittiham olunublar.
Hadisə ötən şənbə Melburnda pro və anti-trans əleyhinə olan qruplar arasında baş verən qarşıdurmadan sonra baş verib. Avstraliya Liberal Partiyası Melburnda keçirilən tədbirdə iştirak edən deputat Moira Diminqi partiyadan çıxarmağa çalışır.
Powered by Froala Editor