ABŞ Hökuməti trans icmaya dəstək ifadə edib

Trans icması ilə həmrəylik nümayişi olaraq, ABŞ hökuməti Beynəlxalq Trans Görünürlük Günü ilə bağlı dəstək bəyanatları verib.

ABŞ prezidenti Joe Biden yazılı açıqlamasında "trans amerikalıların hər bir icmada təhlükəsiz olmağa layiq olduqlarını" təmin etmənin vacibliyini vurğulayıb və yalnız özləri olduqları üçün cəsarət nümayiş etdirmək məcburiyyətində qalmamalarını qeyd edib.

Bununla belə, prezident ölkə daxilində MAGA ekstremistlərinin trans uşaqları və ailələri hədəf almağa yönəlmiş yüzlərlə nifrət dolu və ekstrim dövlət qanunları qəbul etdiyinə dair narahatedici reallığı da ifadə edib. MAGA keçmiş prezident Trump-ın tez-tez işlətdiyi şüar olan “Amerikanı Yenidən Möhtəşəm Et” (Make America Great Again) ifadəsinin abbreviaturasıdır.

"Bu hücumlar qeyri-amerikandır və dayandırılmalıdır," - Biden deyib. "Trans uşaqların üzləşdiyi zorakılıq, ayrı-seçkilik və siyasi hücumlar milli mental sağlamlıq böhranımızı daha da pisləşdirib. Trans gənclərin yarıdan çoxu intiharı düşündüyünü bildirir və [övladlarını] sevən valideynlər uşaqlarının gələcəyi üçün qorxurlar."

Prezident həmçinin administrasiyanın ən çox ehtiyacı olanlara təcili mental sağlamlıq resursları təqdim etmək öhdəliyini vurğulayıb. Bu təşəbbüslərlə Biden və komandası trans icmanın bütün üzvləri üçün təhlükəsiz və əhatəli mühit yaratmağa ümid etdiklərini deyiblər.



Powered by Froala Editor