Əsgər eynicinsli nikahların qanuniləşdirilməsinə çağırıb
Kuir ukraynalı əsgər Ukraynada eynicinsli nikahların qanuniləşdirilməsinə çağırıb
01/Apr/23
2268
Əsgər eynicinsli nikahların qanuniləşdirilməsinə çağırıb
Kuir ukraynalı əsgər Ukraynada eynicinsli nikahların qanuniləşdirilməsinə çağırıb. Ukrayna silahlı qüvvələrinin 47-ci briqadasında xidmət edən Anna “Kajhan” Zyablikova deyir ki, LGBTQİ+ əsgərlər heç bir qanuni hüquqları olmayan “ədalətsiz” sistemlə üzləşir və xəsarət aldıqları və öldürüldükləri təqdirdə partnyorlarının qayğısına qalmaqla bağlı mühüm qərarlar qəbul edə bilmirlər.
Zyablikova “i” qəzetinə bildirib ki, Ukraynada LGBTQİ+ cütlükləri heteroseksual cütlüklərlə eyni qanuni hüquqlara, o cümlədən partnyorlarını həyat dəstəyində saxlayıb-saxlamamağa qərar vermək hüququna malik olmalıdırlar. O, müharibə vəziyyətində bu qanuni hüquqların olmamasının LGBTQİ+ əsgərlər üçün böyük psixoloji problem yarada biləcəyini qeyd edib.
2022-ci il fevralın 24-də Ukraynanın işğalından sonra eynicinsli nikahlara ehtiyac Ukraynada daha da aktuallaşıb. Bir çox ukraynalı bu qeyri-müəyyən dövrdə partnyorlarının qorunmasını təmin etmək üçün evlənib. Keçən ilin noyabrında Kiyev sakini Leda Kosmachevskaya müharibədə döyüşərkən kiminsə “ölərsə, onu tələb edə bilməsi” üçün gey əsgər dostu ilə evlənməyi planlaşdırdığını söyləyib.
Zyablikovanın Ukraynada eynicinsli nikahların leqallaşdırılması çağırışı ölkədə LGBTQİ+ların daha çox hüquqi müdafiəsinə ehtiyac olduğunu vurğulayıb. Ukraynada davam edən münaqişə ilə əlaqədar seksual oriyentasiyasından asılı olmayaraq bütün vətəndaşların eyni qanuni hüquq və müdafiələrdən yararlana bilməsi vacibdir.
Powered by Froala Editor