İtaliya LGBTQİ+ Tarixi Ayını qeyd edir
İtaliya növbəti həftələr ərzində bir sıra tədbirlər və seminarlarla ikinci LGBTQİ+ Tarixi Ayını qeyd edəcək
09/Apr/23
930
İtaliya LGBTQİ+ Tarixi Ayını qeyd edir
İtaliya növbəti həftələr ərzində bir sıra tədbirlər və seminarlarla ikinci LGBTQİ+ Tarixi Ayını qeyd edəcək.
Təşəbbüs kuir icmanın keçmişinə və indisinə işıq tutmaq məqsədi daşıyır. Belə ki, İtaliyada icma qəbul olunmaq üçün mübarizəni davam etdirir. Təşəbbüs 2021-ci ildə bir qrup italiyalı akademik tərəfindən başladılıb və tədbir təklifləri üçün çağırış dərc edib. Nəticədə 150 tədbir təşkil edilib.
LGBTQİ+ Tarixi Ayı öz köklərini ABŞ-ın Midwest bölgəsindən götürüb. Belə ki, orta məktəb müəllimi Rodney Wilson öz tarix dərsliyində kuir istinadların olmadığını qeyd edib və nəticədə hər ilin oktyabr ayında qeyd olunan təşəbbüsün yaradılmasına gətirib çıxarıb.
İtaliyanın LGBTQİ+ Tarixi Ayının uğurlu olmasına baxmayaraq, ölkənin yeni ifrat sağçı hökumətinin təşəbbüsün gələcəyini təhdid edə biləcəyi ilə bağlı narahatlıqlar var. Buna baxmayaraq, təşəbbüsün ürəyi və mühərriki olan Wilson ümidini ifadə edib və "[İtaliya komandasının] etdikləri heyrətamizdir," - deyə bildirib.
Powered by Froala Editor