“Mənim əməkçi hüquqlarım” adlı təlim keçirilib
Aprelin 8-i Nəfəs LGBTİ Azərbaycan Alyansının təşəbbüsü və Rauf Heydərovun təşkilatçılığı ilə "Mənim Əməkçi Hüquqlarım" adlı təlim sessiyası keçirilib
12/Apr/23
972
“Mənim əməkçi hüquqlarım” adlı təlim keçirilib
Aprelin 8-i Nəfəs LGBTİ Azərbaycan Alyansının təşəbbüsü və Rauf Heydərovun təşkilatçılığı ilə "Mənim Əməkçi Hüquqlarım" adlı təlim sessiyası keçirilib. Bu haqda təşkilatın Facebook səhifəsində məlumat verilib.
Təlimçi gender hüquqları üzrə mütəxəssis, hüquqşünas Vəfa Rüstəm təlim iştirakçılarını əmək hüquqlarına dair ümumi normalar, ayrı-seçkilik konsepsiyası, əmək münasibətləri prosesində yaranan çətinliklər, o cümlədən işə qəbul zamanı ayrı-seçkilik, qanunsuz işdən çıxarılma, iş yerində qısnama və onlarla mübarizə yolları haqqında məlumatlandırıb. Təlimdə LGBTQI+ icmasının üzvləri, o cümlədən icma ilə çalışan sosial işçilər iştirak edib.
“Mənim əməkçi hüquqlarım” layihəsi @nafaslgbti’nin “LGBTİ+lər tələb edir: mental sağlamlıq və ədalət” proqramı çərçivəsində həyata keçirilən kiçik qrantlar müsabiqəsinin qaliblərindən biridir.
Powered by Froala Editor