Blanka Polşanı təmsil edəcək

Polşa 2023 Avroviziya Mahnı Müsabiqəsi üçün seçimini edib.

Blanka ölkənin milli seçiminin – Tu bije serce Europy 2023-ün qalibi elan edilib. O, qarşıdakı müsabiqədə Polşanı “Solo” mahnısı ilə təmsil edəcək.

Seçim şousunda 10 sənətçi iştirak edib və Blanka gərgin rəqabətdən sonra qalib olub. Polşa artıq ikinci ildir ki, Avroviziyada iştirak etmək üçün milli seçim keçirib. 

Müsabiqənin pərəstişkarları Blankanın Avroviziya 2023-də böyük səhnədə çıxışını səbirsizliklə gözləyir.



Powered by Froala Editor