Los-Ancelesdə kinematoqrafiya sahəsində xidmətlərə görə nüfuzlu “Oskar” mükafatının təqdimat mərasimi baş tutdu

1989-cu ildən bəri ilk dəfədir ki, mərasim aparıcı olmadan keçirilirdi. Bu da aparıcılığa namizəd olan aktyor Kevin Hartla bağlı qalmaqalın nəticəsində baş vermişdi. Belə ki, mətbuat onun Tvitterdə homofob fikirlərini ortaya çıxarandan sonra, o, öz namizədliyini geri çəkdi və LGBTİ icması qarşısında ictimai şəkildə üzr istədi. Odur ki, builki Oskar mükafatının təqdimat mərasimini bir neçə məşhur birgə aparmalı oldu. 

Amerika kinoakademiyasının versiyasına görə, 2018-ci ilin ən yaxşı filmi “Yaşıl kitab” komediya dramı oldu. Bu film həm də ən yaxşı orijinal ssenariyə görə də “Oskar” qazandı. 


“Ən yaxşı aktyor” nominasiyasında mükafatı isə LGBTİ icmasının böyük marağına səbəb olan “Bohemiya rapsodiyası” filmində əfsanəvi Freddi Merkürini canlandıran Rami Malek qazandı.

Gey-ikona sayılan Ledi Qaqanın  “Ulduz dünyaya gəldi” filminə yazılmış “Shallow” kompozisiyası isə “Ən yaxşı mahnı” nominasiyası üzrə “Oskar” mükafatına layiq görüldü.





Gecənin cütlüyü isə, sözsüz ki, Billi Porter və Adam Smit idi.