LGBTQİ+ qadağan olunmuş ölkələr - 2-ci hissə
Xəbərdarlıq: ifrat homofobiya, zorakılıq
21/Apr/23
1147
LGBTQİ+ qadağan olunmuş ölkələr - 2-ci hissə
Xəbərdarlıq: ifrat homofobiya, zorakılıq
Məqalədə istifadə olunan sözlərdən bəziləri haqda:
Cins dedikdə doğuş zamanı təyin edilmiş genderdən söhbət gedir və bundan sonra məqalədə qadın və kişi kimi nəzərdə tutulacaqdır. Qadağalar və qaydalar ikili (binar) sistem üzrə qurulduğu üçün tərcümələrin düzgün edilməsi səbəbilə bu sözlərdən və ifadələrdən istifadə olunmuşdur. Yazıçının digər gender özünüifadə, gender nonkonforminq, qeyri-binar, trans və s. fərdlərə qarşı heç bir qərəzli yanaşması yoxdur.
Rusiya: 1993-cü ilə qədər Rusiyada “kişilərin bir-biri ilə cinsi əlaqədə olması” 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzaldırılırdı. Daha sonra Cinayət Məcəlləsindən bu maddə çıxarılsa da, Rusiyada LGBTQİ+ icmasına qarşı sərt cəzalar sonlandırılmadı. Belə ki, 2013-cü ildə yetkinlik yaşına çatmayanlar arasında "qeyri-ənənəvi cinsi əlaqənin təbliğatını" qadağan edən qanun qəbul edildi. Bu qanun icma arasında “gey propaqanda” adlandırılır və Rusiya hökümətinin icmaya qarşı yanaşmasını birmənalı göstərgəsidir. Hökümət orqanlarının bu qanunu “uşaqların fiziki və mənəvi sağlamlığının” qorunması kimi biruzə vermək cəhdləri isə sadəcə mediaya qarşı üzdən pərdə asmaqdan başqa bir şey deyildi. Bu qanun sosial medialarda və ictimaiyyətdə LGBTQİ+ xarakterli məlumatların paylaşılmasının və ictimai tədbirlərin həyata keçirilməsininin qarşısını alır. Qanun Rusiyada icma və insan hüquqları təşkilatlarına və fəallarına qarşı tətbiq olunan zorakılıq və cinayətlərə haqq qazandırmaq üçün istifadə edilir və ölkədə yaşayan bir çox icma üzvü üçün təhlükə və ayrı-seçkilik mühiti yaradıb. Bundan başqa, 2017-ci ildə Çeçenistanda hakimiyyət, əsaəsən, geylərin təqib edilməsi, işgəncə verilməsi və bir neçə şəxsin öldürülməsi ilə bağlı hesabatlar və xəbərlər yayılmağa başlamışdır. Rəsmilər belə bir kampaniyanın saxta xəbər olduğunu bildirib hər şeyin qaydasında olduğunu bəyan etsələr də, insan haqları qrupları və media orqanlarının sonrakı araşdırmaları bu hadisələrin real olduğunu sübut edən məlumatlar əldə edib və hələ də bu zorakılıqların davam etdiyi güman edilir.
Asiya - Səudiyyə Ərəbistanı və Misir:
Səudiyyə Ərəbistanı - LGBTQİ+ fərdləri Səudiyyə Ərəbistanında ciddi problemlərlə üzləşirlər. Homoseksuallıq və marginal geyim ölkənin İslam şəriət qanunlarının görə qeyri-qanunidir. Eyni cinsdən olan şəxslərin sevgilərini açıq şəkildə göstərməsi qəti qadağandır, həbs və cərimə ilə nəticələnə bilər. Səudiyyə Ərəbistanında ölüm cəzası leqaldır, ona görə də icma fərdləri ciddi təhlükə altındadır. Hətta “homoseksual hərəkətlərdə təqsirli bilinən şəxslər” həbs oluna və ölüm cəzası ilə üzləşə bilirlər, bəzi hallarda şallaq cəzası verilir.
Misir: 2013-cü ildə Misir Rusiya Federasıyasında olduğu kimi homoseksuallığın mediada və ictimayətdə təbliğini qadağan edən qanun qəbul etdi. Bəzi qaydalar var ki, birbaşa “homoseksuallıq və ya LGBTQİ+” tipli sözlər yazılmasa da, çox vaxt icma üzvlərini təqsirləndirmək üçün istifadə olunur. Cinayət Məcəlləsində bəzi qaydalar, əsasən, “pozğunluq”, “qalmaqallı hərəkət”, “azğınlıq və fahişəlik” haqqındakı qanunlar LGBTQİ+ icma üzvlərini cərimə etmək və azadlıqdan məhrum etmək istifadə olunur. “Pozğunluq “ - ictimai yerlərdə işarələrlə və ya sözlərlə zina etməyə təhrik edən şəxs bir aydan çox olmayan müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayətkar birinci cinayətdən sonra bir il ərzində bu cinayəti təkrar edərsə, cəza altı aydan çox olmayan müddətə azadlıqdan məhrum etmə və pul cəriməsinə çevrilir.
Avropa və inkişaf etmiş ölkələr:
Amerika Birləşmiş Ştatları: Florida ştatının “"Don't Say Gay" qanunu
"Gay Demə" qanunu Floridada dövlət məktəblərində tədris zamanı homoseksuallıq haqda danışmağı qadağan edən qanunvericiliyə istinad edir. Konkret olaraq, qanunda deyilir ki, “insan seksuallığına dair təlimatlar” yalnız “normal heteroseksual evlilik” kontekstində verilə bilər. Bu o deməkdir ki, Floridada müəllimlərə sinifdə homoseksuallıq və ya LGBT məsələlərini müzakirə etmək birbaşa qadağan edilib. Həmişəki kimi, bu cür tədbirlərin tərəfdarları ənənəvi dəyərlərin qorunmasını və məktəblərdə homoseksuallığın “təbliğ edilməsinin” qarşısını almaq üçün belə qanunların lazımlı olduğunu iddia edirlər. Bu qaydaya riayət etməyən müəllimlər və məktəb işçiləri üçün intizam, iş müqaviləsinin xitamı, hətta onların müəllimlik sertifikatlarının ləğv edilməsi ehtimalına qədər müxtəlif cəzalar nəzərdə tutulub.
Polşa: “LGBT-free zones”
2019-cu ildə Polşanın bir neçə şəhər və bölgəsi özlərini "LGBT-dən azad zonalar" elan etdilər və "LGBT ideologiyasını" təşviq etməyəcəklərini və ya onlara dözməyəcəklərini və ya LGBTQİ+ şəxsləri və ya təşkilatlarına dəstək verməyəcəklərini bildirən qətnamələr və ya nizamnamələr qəbul etdilər. 2020-ci ilin iyun ayına qədər ölkənin üçdə birini əhatə edən 100-ə yaxın bələdiyyə özünü "LGBT-dən azad zonalar" kimi xarakterizə edilən qətnamələr qəbul etmişdi. Qəbul edilmiş qətnamələrin əksəriyyəti mühafizəkar Katolik təşkilatı tərəfindən lobbi edilmişdir.
Dünyanın hər yerində LGBTQİ+ icmasına qarşı ayrı-seçkilik və nifrət olsa da, 2-hissəli bu məqalədə ən qəddar və şiddətli qayda-qanunlar haqda məlumat verdim.
Müəllif: Rahima
Powered by Froala Editor