LGBTQİ+lar Tel-Əvivdə etirazlara başlayıb

İsrail polisinin video-dəlillərə baxmayaraq homofobik hücumla bağlı istintaqı bağlamasından sonra Tel-Əvivdə etirazlar başlayıb.

Hücum nəticəsində ifrat sağçı gənclər Tel-Əvivin Montefiore məhəlləsində Qürur bayrağı olan mənzili dağıdıblar.

Etirazçılar istintaqın başlanmasından cəmi 10 gün sonra bağlanmasını pisləmək üçün polis qərargahı qarşısında toplaşıblar. 

Hücum hökumətin planlaşdırdığı məhkəmə islahatlarına qarşı həftəlik kütləvi nümayişdən sonra baş verib. Gənclər Qürur bayrağını çıxartmaq və mənzilin pəncərəsinə daş atmaq istəyərkən kadrlara düşüblər. Hücum nəticəsində pəncərə sındırılıb. 

LGBTQİ+ tərəfdarı olan nümayişçilər göy qurşağı bayraqlarını dalğalandırıb, istintaqın bağlanmasına reaksiya olaraq “hökumət salonlarında homofobiya başlayır” şüarları səsləndiriblər.



Powered by Froala Editor