Ankarada 1 May: LGBTQİ+lar meydanda

Mayın 1-də Ankaradakı LGBTQİ+ fəalları Ankara Polis İdarəsinin təşkilat komitəsi tərəfindən qoyulmuş göy qurşağı bayraqlarına qadağaya qarşı çıxıb, yürüşlərə dağılaraq və Tandoğan meydanında LGBTQİ+ bayraqlarını dalğalandırıblar.

Ankarada 1 May Beynəlxalq İşçilər Gününün ünvanı yenidən müxtəlif həmkarlar ittifaqları və peşə təşkilatlarının toplaşdığı Tandoğan Meydanı olub. LGBTQİ+ təşkilatları gün ərzində baş verə biləcək potensial neqativ halları idarə etmək üçün böhran mərkəzi yaradıblar. 

LGBQTİ+ iştirakçıları ayrıca kortej təşkil etmək əvəzinə, digər təşkilatların yürüşlərinə qoşularaq pankart və bayraqlarla yürüş ediblər. 

Mitinqin aparıcısı LGBTQİ+ iştirakçılarına dəstək nümayiş etdirib və onları Beynəlxalq İşçilər Günü münasibətilə təbrik edərək, hər kəsin nifrət siyasətindən azad olduğu gələcəyə çağırıb.



Powered by Froala Editor