Səudiyyə Ərəbistanı LGBTQİ+ turistlərin “xoş qarşılandığını” iddia edir

Səudiyyə Ərəbistanı LGBTQİ+ səyahətçilərinə dair rəsmi tövsiyəni ziyarətsaudi.com adlı turizm saytında yeniləyib. Belə ki, yenilənmiş tövsiyədə ölkəyə gələn LGBTQİ+ların xoş qarşıladığı göstərilib. 

Bu, krallığın LGBTQİ+ hüquqları və kuir sakinlərlə rəftarı ilə bağlı dəhşətli hadisələr ilə tanınmasına baxmayaraq baş verib.

Veb saytın yardım bölməsi indi “Səudiyyə Ərəbistanında LGBT ziyarətçilər xoş qarşılanırmı?” sualına "Biz heç kimdən şəxsi məlumatları açıqlamasını tələb etmirik və heç vaxt da etməmişik. Hər kəs ölkəmizi ziyarət edə bilər" cavabı qeyd edilib. 

Bununla belə, ölkədə homoseksuallıq ölümlə cəzalandırılır və Twitter istifadəçiləri eyni zamanda bir icmanın xoş qarşılanması və kriminallaşdırılmasının istehzalı olduğunu qeyd ediblər.




Powered by Froala Editor