Cənubi Koreyada LGBTQİ+ festivalı keçirildiyi yerdən məhrum olub
Cənubi Koreyanın hər il keçirilən ən böyük LGBTQİ+ qürur yürüşü tədbiri olan Seul Kuir Mədəniyyət Festivalı (SQCF) xristian gənclərin konsertinin xeyrinə Seulun mərkəzindəki həmişəki məkanından istifadəsi rədd edilib
12/May/23
1097
Cənubi Koreyada LGBTQİ+ festivalı keçirildiyi yerdən məhrum olub
Cənubi Koreyanın hər il keçirilən ən böyük LGBTQİ+ qürur yürüşü tədbiri olan Seul Kuir Mədəniyyət Festivalı (SQCF) xristian gənclərin konsertinin xeyrinə Seulun mərkəzindəki həmişəki məkanından istifadəsi rədd edilib. Qərar uşaqlar və yeniyetmələrlə bağlı və ya “ictimai maraq” baxımından başqa əhəmiyyət kəsb edən tədbirlərə üstünlük verən vətəndaş komitəsi tərəfindən qəbul edilib.
Xristian yayım şirkəti CTS ilə əlaqəli olan CTS Mədəniyyət Fondunun konsertə ev sahibliyi edəcəyi bildirilib. SQCF təşkilatçıları komitəni ayrı-seçkilikdə ittiham edərək, əvvəlki illərdə məkanın təhlükəsizliyinin təmin edilməsində oxşar çətinliklərə işarə ediblər.
LGBTQİ+ları qorumaq üçün ayrı-seçkiliyə qarşı əhatəli qanunların olmadığı Cənubi Koreyada homofobiya geniş yayılıb. Festival bu il də keçiriləcək, lakin yeni məkan bəlli deyil.
Powered by Froala Editor