Azərbaycan yenə Avropanın ən fobik ölkəsi seçilib
ILGA-Europe Beynəlxalq LGBTQİ+ Təşkilatı 2023-cü ildə növbəti Göy qurşağı xəritəsini təqdim edib
13/May/23
1591
Azərbaycan yenə Avropanın ən fobik ölkəsi seçilib
ILGA-Europe Beynəlxalq LGBTQİ+ Təşkilatı 2023-cü ildə növbəti Göy qurşağı xəritəsini təqdim edib.
Bu xəritə Avropada lezbiyan, gey, biseksual, trans və intersekslərin hüquqları və onlarla bağlı siyasəti əks etdirir. Xəritə 2009-cu ildən bəri tərtib olunmağa başlayıb və reytinqlər 74 meyar üzrə aparılır. Bunlara bərabərlik və ayrı-seçkiliyin olmaması; ailə; nifrət zəminində cinayətlər və nifrət nitqi; genderin hüquqi tanınması; intersekslərin bədən toxunulmazlığı; vətəndaş cəmiyyəti meydanları; sığınacaqlar və b. meyarlar aiddir.
2023-cü ildə dərc olunan nəticələrə əsasən, 49 ölkə arasında ən yaxşı vəziyyət Maltada qeydə alınıb - 89%. Növbəti yerləri isə Belçika və Danimarka - 76%, İspaniya - 74%, İslandiya - 71%, Finlandiya - 70%, Lüksemburq və İsveç - 68%, Norveç - 67%, Fransa - 63% tutub.
LGBTQİ++ların hüquqları üzrə ən bərbad ölkə kimi siyahıda ən sonuncu yeri Azərbaycan tutub - 2%. Sondan ikinci yerdə Türkiyədir - 4%. Sondan 3-cü yeri isə eyni vaxtda iki ölkə bölüşüb: Rusiya və Ermənistan - 8%. Qeyd edək ki, Azərbaycan 2015-ci ildən etibarən istisnasız şəkildə hər il Göy qurşağı xəritəsində sonuncu yeri tutur.
Son 12 ay ərzində interseks cinsiyyət orqanlarında əməliyyatların qadağan edilməsi isə bir sıra ölkələri reytinqdə yuxarı pilləyə qaldırıb.
İspaniya genderin hüquqi tanınması və interseks genital əməliyyatların qadağan edilməsi sayəsində 6 pillə qalxıb. Eyni əməliyyatı qadağan etdiyi üçün Yunanıstan da 4 pillə irəliləyib. Moldova seksual oriyentasiya və gender identikliyi anlayışlarını müsbət şəkildə məşğulluq, təhsil, məhsul və xidmətlərin təqdim olunması, səhiyyə, nifrət zəminində cinayətlər və nifrət nitqi qanunlarına daxil etdiyi üçün 14 pillə irəli gedə bilib.
Sloveniya və İsveçrə isə eynicinsli nikahları və birgə övladlıq götürməni leqallaşdırıb. İsveçrə həmçinin eynicinsli cütlüklərin həkim köməkliyi ilə mayalandırılmasına icazə verir. Xorvatiya isə eynicinsli cütlüklərin övladlıq götürməsini qanuniləşdirərək bir pillə qalxıb.
Powered by Froala Editor