“Razılıq” anlayışı - mühazirə

Əkinçi təşəbbüsü və Baku Community Space “Razılıq” anlayışı (Consent) mövzusunda mühazirədə iştirak etməyə dəvət edir.

Mühazirədə “Razılıq anlayışı”, güc, imtiyaz və istismar çərçivəsində razılıq anlayışının dəyərləndirilməsi, Razılığı etibarsız edən məqamlar, hüquqi modellər, qanunvericilik nümunələri, Azərbaycanda zorlama haqda qanunvericilik, problemli məqamlar haqda məlumat veriləcək. Fərqli hüquqi modellərdə anlayışın dəyərləndirilməsi, yanaşmalar müzakirə ediləcək.

Spiker tədqiqatçı Nərgiz Muxtarovadır. 

Nərgiz Muxtarova “Qadın qətlləri” platformasının təsisçisi və “Maddə 25” gender əsaslı aylıq bulletenin həmmüəlifidir. Gender əsaslı zorakılıq, ayrı-seçkilik mövzularında tədqiqatlar aparır, araşdırma hesabatları yazır. Nərgiz Muxtarova 2011-ci ildə Bakı Dövlət Universitetinin Politologiya ixtisasını bitirmiş, 2018-ci ildə Mərkəzi Avropa Universitetində İnsan Haqları ixtisası üzrə magistr təhsili almışdır.

Tarix və məkan:

Mühazirə 19 May, saat 19:00-da Baku Community Space-də (Bəşir Səfəroğlu 133, SAT plaza, 7-ci mərtəbə) keçiriləcək. Qapılar saat 18.30-dan etibarən açıqdır. Tez gələrək isti içkilər və şirniyyata qonaq ola bilərsiniz. Tədbirin saatını nəzərə alaraq, təqdimatdan sonra iştirakçılar üçün pizza nəzərdə tutulub.

İştirak hər kəs üçün açıqdır.



Powered by Froala Editor