“Dövlətlə üz-üzə: LGBTİ+ və polis bölmələri” - Film Nümayişi
Bu gün, 17 May - Beynəlxalq Homofobiya, Bifobiya və Transfobiya ilə Mübarizə Günündə Nəfəs LGBTİ Azərbaycan Alyansı “Dövlətlə üz-üzə: LGBTİ+ və polis bölmələri” adlı film nümayiş etdirib
18/May/23
1047
“Dövlətlə üz-üzə: LGBTİ+ və polis bölmələri” - Film Nümayişi
Bu gün, 17 May - Beynəlxalq Homofobiya, Bifobiya və Transfobiya ilə Mübarizə Günündə Nəfəs LGBTİ Azərbaycan Alyansı və Qıy Vaar! platforması “Dövlətlə üz-üzə: LGBTİ+ və polis bölmələri” adlı film nümayiş etdirib. Filmin müəllifi Sevgi İsmayılbəyli, layihənin koordinatoru isə Nərmin Şahbazovadır.
Bu film “LGBTİ+lar tələb edir: mental sağlamlıq və ədalət” proqramı çərçivəsində həyata keçirilən kiçik qrantlar müsabiqəsində qalib gəlmiş və Nəfəs LGBTİ Azərbaycan Alyansının maliyyə dəstəyi ilə hazırlanmışdır.
Tədbiri giriş sözü ilə açan LGBTİ+ aktivisti Cavid Nəbiyev 17 May gününün əhəmiyyətindən danışıb və bu günə həsr olunmuş iki podkastlar epizodunun da hazırlandığını izləyicilərin diqqətinə çatdırıb.
Filmin koordinatoru Nərmin Şahbazova filmin çəkilişləri zamanı üzləşdikləri çətinliklərdən və ayrı-seçkiliklərdən bəhs edib. “Biz buraya gələnə qədər hər mərhələdə homofobiya ilə qarşılaşdıq”, - o deyib.
Daha sonra müəllif Sevgi İsmayılbəyli filmi hazırlayarkən hiss etdiyi məsuliyyət hissindən və ilk film təcrübəsinin verdiyi həyəcandan danışıb.
Filmin nümayişindən sonra qonaqlar, sosial işçi, aktivist və psixoloqla birgə LGBTİ+ vətəndaşların hüquqi problemlərini analiz ediblər.
Filmə baxmaq üçün linkə keçid edin.
Powered by Froala Editor