Coldplay qrupu yaranan mübahisələrə cavab verib
Coldplay qrupunun solisti Chris Martin Malayziya konserti ətrafında yaranan mübahisələrə cavab verib
23/May/23
995
Coldplay qrupunun solisti Chris Martin Malayziya konserti ətrafında yaranan mübahisələrə cavab verib
Coldplay qrupunun solisti Chris Martin, qrupun Malayziyada keçiriləcək konserti ilə bağlı son mübahisələrə birbaşa müraciət edib.
Bu ayın əvvəlində Britaniya qrupunun noyabrın 22-də Malayziyanın paytaxtı Kuala-Lumpurda çıxış edəcəyi açıqlanıb. Açıqlama Malayziyanın baş naziri Anwar Ibrahim tərəfindən coşğu ilə qarşılanarkən, müxalifətdən olan deputat, Malayziya İslam Partiyasının (PAS) lideri Nasrudin Hassan konsertin ləğvinə çağırıb. Hasan Martinin LGBTQ+ hüquqlarına əvvəlki dəstəyini, o cümlədən Pride bayraqları ilə şəkil çəkdirdiyini qeyd edib.
Malayziyanın HITZ radiostansiyasına verdiyi son müsahibədə Martin əhatəli mesajla cavab verib. O, Coldplay qrupunun mənşəyindən, dinindən və inancından asılı olmayaraq hər kəsi öz şousunda xoş qarşıladığını vurğulayıb. O, deyib: “Biz bütün insanları, hər cür insanları, bütün dinləri, bütün liderləri, bütün ardıcılları sevirik – heç kim istisna deyil. İstəyirik ki, siz bizim şousumuza gələsiz və özünüzü sərbəst hiss edəsiniz və qoy, hər kəs özü olsun."
Martin qrupun Malayziyadakı çıxışı ilə razılaşmayanlara da sevgi və anlayış mesajı göndərib. O, qeyd edib ki, "gəldiyimizə sevinməyənlər görə çox üzgünük, amma biz də sizi sevirik".
Powered by Froala Editor