19 dB - trans haqları barədə podkastlar
LGBTQ+ Qürur ayında sizi bu il təqdim olunan kuir layihə ilə tanış etməyi qərara aldıq
20/Jun/23
1050
19 dB - trans haqları barədə podkastlar
LGBTQ+ Qürur ayında sizi bu il təqdim olunan kuir layihə ilə tanış etməyi qərara aldıq.
19 dB - Tbilisi Human Rights House-un dəstəyi ilə hazırlanıb. İnsan qulağı 20dB-dən aşağı səsləri eşitmək iqtidarında deyil. 19dB podkast seriyası az eşidilən mövzuları əhatə edir.
Layihə bu günə qədər “Trans qadınların əmək fəaliyyəti ilə bağlı problemlər”, Trans qadınların təhsil prosesində üzləşdikləri problemlər”, “Qadın qətlləri və onların araşdırılması”, “IDAHOT günü və qeyri-binar transgenderlərin sosializasiya problemləri”, “Transgenderlərlə sosial işin spesifikası”, “Trans kişilərin sosial adaptasiyasında maneələr” mövzularında podkastlar yayımlayıb. Podkastların qonaqları LGBTQ+ və qadın haqları üzrə ixtisaslaşan aktivistlərdir. Aparıcı isə trans haqları aktivisti, rejissor Vüsalə Hacıyevadır.
Xoş dinləmələr!
Powered by Froala Editor