Nəfəs LGBTİ Azərbaycan Alyansı Qürur Ayını qeyd edib
Nəfəs LGBTİ Azərbaycan Alyansı Qürur Ayını panel müzakirəsi və party ilə qeyd edib
01/Jul/23
947
Nəfəs LGBTİ Azərbaycan Alyansı Qürur Ayını qeyd edib
28 İyunda Nəfəs LGBTİ Azərbaycan Alyansı LGBTQI+ icması ilə həmrəyliyin və ya həmrəysizliyin ailə, valideyn aspektini təcrübələr üzərindən müzakirə etmək, müxtəlif baxış bucağından bu münasibətləri analiz etmək, mövcud vəziyyətin yaxşılaşdırılması üçün nələrə ehtiyac olduğunu araşdırmaq məqsədi ilə Salaam Cinema-da bir araya gəlib.
Tədbirin birinci hissəsində “LGBTİ+ övladları olan valideynlərlə həmrəylik” adlı panel müzakirəsi baş tutub. Təşkilat həm LGBTİ+ların valideynlərinə, həm də ailəsinə özünü aşkar etməyi düşünən yoldaşlara bu təcrübəni həm fərdi, həm də professional münasibətlərdə daha əvvəl yaşamış olan qonaqların köməyi ilə çatdırmağa çalışıb.
Müzakirədə trans kişi Herman Cavadzadə, Gender Resurs Mərkəzinin sosial işçisi Aida Mirzəyeva və psixoloq Əli Abbasov iştirak edib. Panelin moderatoru trans aktivist və təşkilatın könüllüsü Azad Bəxti olub.
Tədbirin ikinci hissəsində isə pop musiqi, ardınca Belly Dance (Mütrüb rəqsi) və texno musiqidən ibarət parti təşkil edilib.
Powered by Froala Editor