İctimai vəkillik təlimi
Nəfəs LGBTİ Azərbaycan Alyansı İctimai vəkillik təlimi keçirilməsi barədə elan verib
20/Jul/23
2298
İctimai vəkillik təlimi
Nəfəs LGBTİ Azərbaycan Alyansı İctimai vəkillik təlimi keçirilməsi barədə elan verib.
Təlim dünyanın hər yerindən olan LGBTQİ+ fəallarının ictimai vəkillik aləti olaraq istifadə etdiyi Birləşmiş Millətlər Təşkilatının Universal Dövri Baxış (UDB)* mexanizminə fokuslanacaq.
Nəfəs LGBTİ həm yerli, həm də beynəlxalq məkanlarda vəkillik bacarıqlarını təkmilləşdirmək üçün LGBTQİ+ləri təlimə dəvət edir.
Təlimin əsasını UDB-dan aktivizm kontekstində necə istifadə etmək barədə bir sıra tövsiyələr və məsləhətlər təşkil edir.
Bununla yanaşı, təlimdə yazılı hesabatın necə tərtib ediləcəyi, prosesdə istifadə olunan akronimlərin izahı və uğurlu vəkillik strategiyaların işlənib hazırlanması yolları haqqında öyrənmə imkanımız olacaq.
Təlimçi: Azad Bəxti, transfeminist aktivist və Nəfəs könüllüsü
Tarix: 22 iyul
Saat: 12:00-17:00
Seçilmiş iştirakçılara məkan barədə məlumat veriləcək.
Qeydiyyat üçün bu linkə keçə bilərsiz.
Nəfəs LGBTİ Azərbaycan Alyansı 2012-ci ildən indiyə qədər sosial dəyişiklik, ictimai təşkilatlanma, təhsil və siyasi islahatların aparılması kimi aparıcı məsələlər istiqamətində fəaliyyət göstərir. Təşkilatın əsas məqsədi Azərbaycanda LGBTİ+lərin və qadınların* ayrı-seçkiliyə və təcrid olunmasına son qoymaqdır. Nəfəs Azərbaycanda vətəndaş cəmiyyətinin daxili müxtəlifliyini, təcrid olunan şəxslərin ictimai və siyasi həyata fəal inteqrasiyasını təşviq edir.
Powered by Froala Editor