Böyük Britaniyada 10-cu Trans Qürur yürüşü

İyulun 15-i şənbə günü İngiltərənin Brighton şəhərində on mindən çox insanın iştirakı ilə Trans Qürur Yürüşü keçirilib.

Böyük Britaniyanın cənub-şərqində yerləşən Brighton on ildir ki, Trans Qürur Yürüşünə ev sahibliyi edir.

Hər il olduğu kimi, bu il 15 iyul şənbə günü on mindən çox insanın bir araya gəldiyi Trans Qürur Yürüşündə trans və qeyri-binar insanlar, onların dostları, ailələri və yoldaşları bir araya gəlib.

Yürüş komitəsi 2013-cü ildən bəri həyata keçirdikləri yürüş haqqında bunları deyib: “Biz transların həyatlarını ilhamlandırmaq və onların gender müxtəlifliyini qeyd etməklə onları ruhlandırmaq; görünənlik vasitəsilə bərabərliyi və müxtəlifliyi təşviq etməklə ayrı-seçkiliyin aradan qaldırılmasını hədəfləyirik; Biz icmamızın unikal tarixini qeyd edirik”.




Powered by Froala Editor