Nəfəs LGBTİ Azərbaycan Alyansından Qürur podkastları

Qürur ayında Nəfəs LGBTİ Azərbaycan Alyansı “Mübarizəmiz haqlıdır” şüarı altında 2023 Qürur Həftəsi çərçivəsində hazırlanmış 2 podkast yayımlayıb. 

Nəfəs LGBTİ-nin könüllüsü Alvinin təqdimatında “Translar 4 divar arasında” adlı podkastda kuir-aktivist Əli Məlikovun iştirakı ilə 23-24 may tarixlərində LGBTQİ+ icmasına qarşı olan polis hücumundan bəhs edilib. Həmin hücumlarda zərərçəkənlərdən biri olan Əli Məlikov bölmədə saxlanılma təcrübələri, polislərin saxlanılanlara qarşı davranışı və saxlanılma şəraitindən danışıb. Podkast, o cümlədən Azərbaycanda polis bölmələri və həbsxanadalarda trans və kuir vətəndaşların yaşadığı təcrübələrə diqqət çəkib.

Nəfəs LGBTİ-nin könüllüsü Rzanın təqdimatında “İİV pozitivlə pozitiv yaşayan Kuirlər” adlı podkast isə kuir İİV pozitiv fərd Mirinin iştirakı ilə baş tutub. Miri ilə bu podkastda Nəfəs Azərbaycanda yaşayan kuir İİV pozitiv fərdlərin səhiyyə, hüquq, təhsil və iş müəssisələrində yaşadıqları təcrübələr barəsində danışıb.




Powered by Froala Editor